Təqvim
Qazaxın işğal altındakı 7 kəndi də qaytarılacaq
28 noyabr 2020 - 14:19

 Qazaxın işğal altındakı 7 kəndi də qaytarılacaq

“Azərbaycan xalqı 2020-ci ilin 27 sentyabrında başlayan və 10 noyabrda böyük tarixi qələbə ilə hərb tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsini hələ uzun illər xatırlayacaq. "Qarabağ Azərbaycandır!” deyərək başladığımız haqq savaşında igid, mərd, qəhrəman oğullarımızın göstərdikləri şücaətlər, qəhrəmanlıqlar hələ uzun müddət dillərə dastan olacaq. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin güclü siyasəti, şanlı Azərbaycan Ordusunun qüdrəti, şəhidlərimizin, yaralı hərbçilərimizin qanı bahasına əldə etdiyimiz tarixi qələbə, böyük zəfər bizə mənliyimizi, kimliyimizi qaytarmaqla yanaşı, Azərbaycan dövlətinin nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. 30 ilin həsrətinə 44 günlük Vətən müharibəsində son qoyuldu. Azərbaycanın dilbər guşələri olan rayonlarımız düşmən tapdağından azad edildi. Biz əminik ki, Qazaxın düşmən tapdağı altında olan 7 kəndi - Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndləri də tezliklə işğaldan azad olunacaq və digər soydaşlarımız kimi biz də öz doğma yurd-yuvamıza qayıdacağıq”.

 

Bu fikirləri Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndlərindən olan sakinlərlə keçirilən görüşdə səsləndirib.

 

Qələbə sevincini işğal altında olan kəndlərin sakinləri ilə bölüşən icra başçısı Qarabağın azad olunması münasibətilə hər birini təbrik edib, xoş arzularını çatdırıb. O, bu gün hər birimizin fəxrlə söylədiyimiz tarixi Qələbəyə görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, qeyrətli Vətən oğullarına borclu və minnətdar olduğumuzu bildirib. İcra başçısı bu gün tutduğu mövqeyindən, yaşından asılı olmayaraq hər kəsin bu qələbənin bizim kimliyimizi, mənliyimizi özümüzə qaytaran bir qələbə olduğunu dərk etdiyimizi dilə gətirib. Şəhidlərimizin qanı hesabına qazandığımız bu zəfərlə hər birimizin qürur duyduğunu, sevindiyini, fəxr etdiyini söyləyib.

 

İcra başçısı 10 noyabrda imzalanmış Bəyanatda da qeyd edildiyi kimi Qazaxın işğal altında olan 7 kəndinin də mütləq azad olunacağını bildirib. Kəndlərimizin azad olunması ilə bağlı heç bir narahatlığın olmadığını, işğaldan azad olunan torpaqlarımızda olduğu kimi, Qazaxın həmin kəndlərində də yaxın bir zamanda üçrəngli bayrağımızın dalğalanacağını qeyd edib. İcra başçısı bir daha bu şanlı zəfəri bizlərə bəxş edən şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgər və zabitlərimizə isə şəfa diləyib. Ali Baş Komandana, ordumuzun əsgər və zabitlərinə, hərbçilərimizə bir daha sonsuz minnətdarlığını çatdırıb.

 

Aşağı Əskipara kənd sakinlərindən II qrup Qarabağ müharibəsi əlili Vaqif Vəliyev, Nizami Qafarov, Çingiz Məmmədov, Bağanıs Ayrım kənd sakini Səməd Ocaqverdiyev çıxış edərək işğaldan azad edilən torpaqlarımızın sevincini bu gün də yaşadıqlarını söyləyiblər. Qeyd ediblər ki, 44 günlük Vətən müharibəsində Ordumuzun gücü, qüdrəti sayəsində bütün dövlətlər, xalqlar Azərbaycan xalqının yenilməz, dəmir iradəli xalq, müzəffər xalq olduğunun şahidi oldular. Bu gün hər kəsin üzünə alnıaçıq, üzüağ şəkildə baxa biliriksə, başımızı dik tuturuqsa, Azərbaycanın torpaqları tam bərpa olunursa, buna görə şəhidlərimizə, Azərbaycan Ordusunun hərbçilərinə borcluyuq. Bir ömür boyu minnətdarıq. Şanlı Ordumuzun qazandığı nailiyyətləri könül xoşluğu, fərəh hissi ilə qarşılayan sakinlər Qazaxın işğalda olan 7 kəndinin də azad olunacağı günün uzaqda olmadığını və buna tam əmin olduqlarını bir daha dilə gətiriblər.

 

Sakinlərlə səmimi ürək sözlərini bölüşən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün həsrətində olduqları kəndlərin işğaldan azad olunması xəbərinin yaxında olduğunu söyləyib və növbəti belə görüşlərin məhz həmin kəndlərimizdə keçirilməsini arzu edib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə