Təqvim
“ASAN xidmət” “500 Startups” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb - FOTO
24 noyabr 2020 - 15:42

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə “500 Startups” şirkəti arasında əməkdaşlığa dair memorandum və Azərbaycanda startapların inkişafı, vençur maliyyələşməsinin təşəkkülü üzrə proqramların həyata  keçirilməsi ilə bağlı müqavilə imzalanıb. Müqavilənin əsas məqsədi ölkəmizdə startap və innovasiya ekosisteminin inkişafını sürətləndirmək, yerli startapların qlobal bazara və xarici investorlara çıxışına imkan yaratmaqdır.
 

 Dünyada startaplarla bağlı əsas təşkilatlardan biri olan “500 Startups” şirkəti dünyada 8 qlobal mərkəz olmaqla, ümumilikdə 75-dən çox ölkədə layihələr həyata keçirib. Şirkətin əsas fəaliyyət istiqamətləri ölkələrdə innovasiya ekosisteminin qurulması, akselerasiya proqramlarınn həyata keçirilməsi və startaplara investisiya yatırılmasıdır. 2010-cu ildə ABŞ-da yaradılan şirkət bu günə qədər 2500-dən çox startapa investisiya qoyuluşunda iştirak edib.
Müqaviləni Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov və  “500 Startups” şirkətinin rəhbəri Kristina Tsai imzalayıblar.
 

 “500 Startups” şirkəti ilə görüş zamanı tərəflər Azərbaycanda müvafiq platformanın inkişafı, o cümlədən ölkəmizin beynəlxaq arenada həyata keçirdiyi tədbirlər, töhfələr barədə müzakirələr aparıblar.
 

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyətindən, e-hökumət sahəsindəki irəliləyişlərdən, ölkəmizdə innovasiya ekosisteminin inkişafı istiqamətində həyata keçirilən layihələrdən bəhs edib.
 

“500 Startups” şirkətinin rəhbəri Kristina Tsai öz növbəsində əməkdaşlığa dair yeni imkanların qurulmasından və bu istiqamətdə müqavilənin imzalanmasından məmnunluğunu ifadə edib.  
 

Həmçinin xaricdə yaşayan həmyerlilərimizin təşəbbüsü və ˝INNOLAND˝in dəstəyi əsasında yaradılan ˝Tech Diaspora˝ üzvləri ilə, eyni zamanda müvafiq sahənin inkişafı istiqamətində bir sıra beynəlxalq şirkətlərə görüşlərin keçirilməsi nəzərdə tutulur.
 

Müqavilə əsasında həyata keçiriləcək proqram yerli startapların beynəlxalq bazara çıxışını təmin edəcək.

     

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə