Təqvim
Hacı Şahin: “Alban kilsələri Azərbaycan üçün önəm kəsb edir”
21 noyabr 2020 - 16:57

30 il ərzində erməni silahlı qüvvələri işğal olunmuş ərazilərimizdəki bütün tarixi, dini, mədəni abidələrimizi yararsız vəziyyətə gətiriblər. Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə dağıdılmış tarixi abidələrimizin təmiri işlərinə başlanılacaq.
Qədim tarixə malik olan Alban kilsələri də dağıdılmış abidələr sırasına daxildir.
Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli bildirib ki, dini ayrı-seçkilik olmadan bütün abidələr bərpa olunacaq:
“Ermənilər tərəfindən dağıdılmış bütün abidələr bərpa olunacaq. Prezident İlham Əliyev bu haqqda çıxışında qeyd etdi ki, nə qədər dağıdılmış abidələrimiz varsa, hamısı bərpa olunacaq. Təbii ki, Alban abidələri də Azərbaycana məxsus olduğu üçün onların da bərpası gözlənilir.
Ümumiyyətlə, biz dini ayrı-seçkilik etmədən bütün işğaldan azad olunmuş ərazilərdə mədəni, tarixi, dini abidələrimizi bərpa edəcəyik. Alban kilsələri də bu abidələr sırasına daxildir. Çünki Alban kilsələri Azərbaycan üçün önəm kəsb edir. Ermənilərin alban kilsələrini özlərinə məxsus kilsə kimi təqdim etmələrinə baxmayaraq, biz Alban mədəniyyətinə məxsus olan dini-mədəni abidələri qoruyacağıq. Dağıntıya məruz qalmış bütün abidələr tədricən bərpa olunacaq.
Bu proses müəyyən qədər zaman aparacaq. Sözsüz ki, birinci siyahıyaalma baş verəcək. Bütün hüquqi prosedurlar həyata keçdikdən sonra təmir işləri başlanılacaq”.
Fidan İlqarqızı Modern.az

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə