Təqvim
MBBİ-də 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə onlayn tədbir keçirilib
10 noyabr 2020 - 14:44

 Noyabrın 9-da Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Bayraq günü”nə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru akademik İradə Hüseynova bildirib ki, bu bayram xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən əlamətdar və unudulmaz hadisələrindəndir. Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. 2010-cu ilin sentyabrında Bakı şəhərində Dövlət Bayrağı meydanının açılması bayrağa olan sevgimizin bariz nümunələridir. Akademik İ.Hüseynova qeyd edib ki, bu il bayraq günümüzü daha böyük çoşqu ilə qeyd etməyimizin əsas səbəbi torpaqlarımızın azadlığı uğrunda apardığımız müharibədə əldə etdiyimiz uğurlar, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən Şuşa, Füzuli, Cəbrayıl, Qubadlı və digər ərazilərimizin işğaldan azad olunmasıdır. Bütün xalqımız Ali Baş komandandan Böyük Qələbə xəbərini səbirsizliklə gözləyir.

İnstitutun beynəlxalq statuslu Molekulyar biomühəndislik laboratoriyasının müdiri, hal-hazırda Türkiyədə çalışan həmyerlimiz AMEA-nın müxbir üzvü Tərlan Məmmədov institutun kollektivini bayram münasibətilə təbrik edib, Şuşanın azad olunması xəbərinin Türkiyədə də böyük coşqu ilə qarşılandığını, böyük türk xalqının Azərbaycan bayrağının işğal altındakı torpaqlarda bir daha enməmək şərtilə yüksələcəyinə olan inamını bildirib. Daha sonra AMEA-nın müxbir üzvü İbrahim Əzizov, İnstitutun ümumi işlər üzrə direktor müavini Natiq Allahverdiyev, Gənc alim və mütəxəssislər şurasının sədri b.ü.f.d., dos. Ulduzə Qurbanova, Təhsil şöbəsinin müdiri b.ü..f.d., dos. Samirə Rüstəmova, aparıcı elmi işçi, b.ü.f.d., dos., I Qarabağ müharibəsinin iştirakçısı Nurməmməd Mustafayev çıxış edərək başda Ali Baş Komandan İ. Əliyev olmaqla müzəffər ordumuzun əldə etdiyi uğurlardan, ordumuza olan inam və dəstəkdən söhbət açıblar, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən oğullarına Allahdan rəhmət diləyiblər.

Tədbirin sonunda Bayraq gününə həsr olunmuş videoçarx nümayiş etdirilib

 

      

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə