Təqvim
“Ulu Vətən” mahnısı yeni nəfəsdə təqdim edilib - VİDEO
09 noyabr 2020 - 14:29

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “İTicket” və “Cavan” İctimai Birliyinin təşkilatçılığı ilə sevilən “Ulu vətən” mahnısına Sevda Ələkbərzadə və Türkiyənin məşhur “MaNga” qrupunun solisti Fərman Akgül ilə birgə yeni nəfəs verilərək, klip ərsəyə gətirilib.


Layihə 27 sentyabr tarixindən etibarən başlayan və Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğal altından azad olunması naminə Ali Baş Komandanın rəhbərliyi ilə uğurla davam edən Vətən müharibəsində zəfər və qələbələrimizə ithafən ərsəyə gəlib. Layihənin yaradıcı heyəti mahnının bu günlərdə xüsusən gənclər arasında müşahidə olunan yüksək vətənpərvərlik ruhunu daha da yaxşı ifadə edərək, bu ruhun saxlanılmasına töhfə verəcəyini bildirmişdir.


Mahnı ilə əlaqədar ölkəmizə səfər edən Fərman Akgül Azərbaycana dəstəyini və sevgisini bu mahnı vasitəsilə çatdırmaq istədiyini bildirib. Türk müğənni “Ulu Vətən” mahnısını əməkdar artist Sevda Ələkbərzadəyə yeni aranjimanda – rok-ballada üslubunda təqdim edib.


Bəstəsi Zaur Abdullayevə, sözləri Samirə Xasməmmədovaya məxsus olan mahnının ekran işini rejissor İlham Qasımov öz öhdəsinə götürərək, əməyi ilə Vətənə dəstəyini nümayiş etdirib.


İticket və “Base” leyblın birgə hazırladığı layihənin ərsəyə gəlməsində təmənnasız dəstəyini əsirgəməyən


“Peachline” şirkətini, A+A EVENTS, stilist


Leyla Məmmədovanı və vizaj üçün “Etage by ElnurHasanov”u xüsusi vurğulamaq yerinə düşərdi.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
DİNİ QURUMLAR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə