Təqvim
Anar Eyvazov: Müasir texnoloji silahlar Ordumuzun güc alətlərindən yalnız biridir
01 noyabr 2020 - 18:07

 

 Ötən sutka ərzində düşmən Tərtər və Ağcabədi rayonlarında yaşayış məntəqələrimizi, o cümlədən Ermənistanın Berd, Çəmbərək və Gorus rayonlarından Tovuz, Gədəbəy və Qubadlıda yerləşən bölmələrimizin mövqelərini artilleriya və digər atıcı silahlardan atəşə tutub. Əsasən Ağdərə, Ağdam, Xocavənd, Qubadlı və Zəngilan istiqamətlərində aparılan döyüş əməliyyatlarında ordumuzun cavab tədbirləri nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd piyada döyüş maşını, dörd ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi, 8 ədəd müxtəlif tipli topu, 2 rabitə qülləsi, ikisi sursatla dolu olmaqla 7 ədəd avtomobil texnikası dəqiq atəş zərbələri ilə məhv edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov noyabrın 1-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.

Mətbuat katibi bildirib ki, düşmənə məxsus silah və sursat ələ keçirilib. Cəbhənin müxtəlif istiqamətlərində gün ərzində düşmənin iki artilleriya batareyası məhv edilib. “Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan Ordusunun Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur. Bununla yanaşı, biz xəbərdarlıq etmişik ki, Ermənistan ərazisindən bölmələrimizin mövqelərinə və yaşayış məntəqələrimizə atəş açan düşmən mövqeləri və döyüş vasitələri adekvat tədbirlər çərçivəsində legitim hərbi hədəflərə çevrilir”, - deyə o bildirib.

Anar Eyvazov qeyd edib ki, Azərbaycan Ordusu müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxararaq onu faktiki olaraq iflic vəziyyətinə gətirir. Müasir texnoloji silahlar ordumuzun güc alətlərindən yalnız biridir. Müharibənin taleyini müəyyən edən başda Müzəffər Ali Baş Komandanımız olmaqla döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandiridir. Məhz onların səyi nəticəsində iflic vəziyyətinə düşən Ermənistan ordusu arsenalında olan köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb edir.

"İstisna olunmur ki, Ermənistan ərazisindən Azərbaycanın mülki əhalisini hədəfə alan düşmənin bu tip sistemlərdən atdığı raketlərin bəziləri uçuş trayektoriyalarını dəyişərək işğal altında olan yaşayış məntəqələrinin və oradakı mülki obyektlərin üzərinə düşür. Hazırda ordumuz əməliyyat şəraitinə tam nəzarət edir. Qələbə bizimlədir", - deyə Anar Eyvazov vurğulayıb.

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə