Təqvim
Hikmət Hacıyev Ermənistanın saxta səhnəciklər hazırlamaqla dünya ictimiyyətini çaşdırmaq planlarından danışdı
31 oktyabr 2020 - 11:25

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev:

30 oktyabrda Ermənistan rəsmi qurumlarının məlumatlarına istinadən bir sıra erməni informasiya resursları tərəfindən guya Azərbaycan Ordusunun sıralarında hərbi əməliyyatlara cəlb edilmiş, amma Ermənistan hərbçiləri tərəfindən saxlanılmış suriyalı “döyüşçü”nün ifadə verməsinə dair video-kadr yayılmışdır.

Ermənistan tərəfi bir ay müddətində bu cür ucuz və qeyri-peşəkar formada hazırlanan səhnələşdirilmiş saxta videolar və məlumatlarla guya Azərbaycan tərəfdə muzdluların döyüşdüyünü isbat etməyə çalışır.

Prezident İlham Əliyevin müxtəlif xarici KİV-lərə açıqlamalarında dəfələrlə qeyd etdiyi kimi, ölkəmizin ərazilərini uzun illər ərzində işğalda saxlamağa çalışan Ermənistanın bu iddialarının məqsədi Azərbaycan Silahlı Qüvvələrinin vətən torpaqlarını azad etmək istiqamətində uğurlu hərbi əməliyyatlarına kölgə salmaq, beynəlxalq terrorçuluğa qarşı mübarizənin ön cəbhəsində duran ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmağa yönəlmişdir.

Təqdim olunan 1 dəqiqəlik videoda bir çox kadrlar dəfələrlə çəkilib, sonradan montaj edilib.

Dindirilən şəxsin səsinin linqvistik ekspertizası nəticəsində müəyyən edilmişdir ki, o, Suriyada yaşayan kürdlərdəndir. Bu şəxs videonun 47-ci saniyəsində kürd dilində astaca söz deyir, sonra isə ərəb dilinə keçir. Bu fakt həmin şəxsin PKK üzvü ola biləcəyi ehtimalını deməyə əsas verir. Ermənistan silahlı qüvvələrinin tərkibində Suriya və İraqdan gətirilmiş PKK-çıların olması faktdır. Bu şəxs əvvəlcədən əzbərlədiyi və ya suflyor vasitəsilə təqdim olunan mətni oxumaqda çətinlik çəkir.

Sorğuda iştirak edən və ərəbcə danışan ikinci şəxsin isə ərəb olmadığı, Suriya ermənisi olduğu güman edilir.

Bu şəxs AR Dövlət Sərhəd Xidmətinin hərbi formasına bənzər geyimdədir. Ermənistanın müdafiə naziri Tonoyanın bu günlərdə döyüş əməliyyatları zonasında erməni hərbi qulluqçularla çəkdirdiyi şəkildə içərisində AR Dövlət Sərhəd Xidmətinin hərbi formasına bənzər geyimdə olan iki nəfər diqqətdən qaçmamışdır. Sonradan Ermənistan Müdafiə Nazirliyi qeyd olunan fotonu silmişdir.

Azərbaycanın dövlət orqanlarında Ermənistan hərbi birləşmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak edən əcnəbilərin və muzdluların, o cümlədən Suriyadan gətirilmiş terror təşkilatları fəallarının olması barədə təkzibedilməz sübutlar və əməliyyat məlumatları mövcuddur.

Ermənistanın Müdafiə nazirliyi və digər rəsmi orqanlarının bu kimi saxta səhnəciklər hazırlamaqla məşğul olmaqdansa məğlubiyyətləri barədə erməni ictimaiyyətinə dolğun məlumat vermələri daha faydalı olardı. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə