Təqvim
Köçkün statusu nə zaman ləğv ediləcək?
30 oktyabr 2020 - 19:21

Ermənistan 1988-ci illərdən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf rayonlarını işğal edərək, orada yaşayan azərbaycanlılara qarşı qətliamlar törədiblər. Düşmənin təcavüzkar addımları nəticəsində Qərbi Azərbaycandan – Göyçə, Zəngəzur bölgəsindən və Azərbaycan Respublikasının Qarabağ zonasındakı yaşayış məntəqələrindən 1 milyona qədər soydaşımız öz doğma yurd-yuvalarından zorla çıxarılıb. Həmin dövrdə qaçqın və məcburi köçkünlərə dövlət sahib çıxdı.
Məcburi köçkünlərə xüsusi güzəştlər edildi, işlə təmin olundular, kommunal xidmətlərdən azad edildilər, onlara yaşamaq üşün evlər tikildi. Birinci Qarabağ Müharibəsindən keçən 30 ilə yaxın müddət ərzində Azərbaycan hökuməti doğma-yurd yuvalarından didərgin salınan vətəndaşlarına bir çox imkanlar yaradıb.

 

İndi torpaqlarımız işğaldan azad olunur. Sentyabr ayının 27-dən başlayan Azərbaycan Ordusunun əks-hücum əməliyyatı uğurla davam etdirilir. Bütün Azərbaycan xalqı düşmən tapdağında olan doğma yurdlarımızın tamamilə azad ediləcəyi günü səbirsizliklə gözləyir. Hər kəs əmindir ki, nəhayət uzun illərdir məcburi köçkün həyatı yaşayan 1 milyona yaxın insan öz evlərinə qayıda biləcək.

 

Bu məqamda elə məcburi köçkün adından qurtulduğuna sevinən insanlar üçün də bəzi məqamlar qaranlıq qalıb. Maraqlıdır, öz yurd-yuvalarına qayıtdıqdan sonra məcburi köçkünlərə indiyə qədər tətbiq olunan güzəştlər ləğv ediləcəkmi?

 

Bu suala cavab tapmaq üçün Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanununa nəzər salmaq vacibdir. Belə ki, qanuna əsasən, nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il müddətində qüvvədədir.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev də bu barədə Modern.az-a danışarkən sözügedən qanuna istinad edib. O bildirib ki, bu qanun bütün məcburi köçkünlərə, eləcə də ərazisi işğaldan azad edilmiş rayonların sakinlərinə də şamil olunur. modern.az

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə