Təqvim
Gənclər Bərdəyə raket hücumu ilə bağlı dünya ictimaiyyətinə müraciət edib
29 oktyabr 2020 - 17:30

Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Tələbələr və Məzunlar Platforması Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket hücumu nəticəsində dinc əhalinin, o cümlədən 7 yaşlı Aysunun qətlə yetirilməsi ilə bağlı ATƏT, BMT, UNİCEF kimi təşkilatlara müraciətlər ünvanlamışlar.


Müraciətlərdə Ermənistan ordusunun bu ölkənin siyasi-hərbi rəhbərliyinin birbaşa göstərişi ilə Bərdə şəhərini “Smerç” sistemindən raket atəşinə tutması nəticəsində 4 nəfər mülki şəxsin, o cümlədən 7 yaşlı Aysunun qətlə yetirilməsi və 13 nəfər şəxsin ağır yaralanması pislənilir.


Bildirilir ki, Ermənistanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təşəbbüsü ilə razılaşdırılmış atəşkəsi ölkəmizin cəbhədən kənar yerləşən şəhərlərini raket atəşinə tutaraq, günahsız şəxsləri, o cümlədən uşaqları qətlə yetirməklə pozması ənənə halını almışdır. Qeyd edilib ki, ilk iki atəşkəs razılaşmasının Ermənistan tərəfindən pozulması Gəncəyə ballistik raketlə vurulan zərbələr nəticəsində onlarla dinc insanın, o cümlədən qadın və uşaqların  qətlə yetirilməsi və yaralanması ilə nəticələnmişdir. Bərdəyə hücumun isə bu sırada üçüncü belə atəşkəs pozulması olduğu diqqətə çatdırılmış, bu hücumların Ermənistan rəhbərliyinin çirkin və insanlıq qanunlarından uzaq mahiyyətini, bu dövlətin beynəlxalq razılaşmalara, beynəlxalq hüquqa etinasızlığını bir daha ortaya qoyduğu vurğulanmışdır.  


Müraciətlərin sonunda dünya ictimaiyyəti Ermənistanı bu terror hərəkətlərinə görə qəti şəkildə pisləməyə, törətdiyi müharibə cinayətlərinə görə bu ölkəni məsuliyyətə cəlb etməyə, eləcə də bölgədə sülhün bərqərar edilməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməyə çağırılır.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə