Təqvim
Bərdə və Gəncə şəhərlərində ermənilərin törətdiyi vandalizm ABŞ azərbaycanlılarını ayağa qaldırıb -FOTO
29 oktyabr 2020 - 10:19

ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayan soydaşlarımız işğalçı Ermənistan ordusunun Azərbaycanın Bərdə və Gəncə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdikləri terror aktlarını dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə Hyuston şəhər meriyasının binası qarşısında icazəli aksiya keçirib.


ABŞ-Azərbaycan Qarabağ Atları Xilası Birliyi (USACRA), Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyası və Amerika–Azərbaycan Mədəniyyət Assosiasiyasının  birgə təşkilatçılığı ilə baş tutan aksiya Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan bayrağı ilə yanaşı, dost ölkələrin bayraqlarının da dalğalandırıldığı aksiyada Bərdə və Gəncə şəhərlərində ermənilərin törətdiyi vandalizm aktları kəskin pislənilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


İşğalçı Ermənistan ordusunun münaqişə zonasından kənarda yaşayan dinc sakinləri hədəfə almasının insanlıq əleyhinə yönəlmiş müharibə cinayəti və soyqırım olduğunu xatırladan aksiya iştirakçıları,  dünya ictimaiyyətini  Ermənistanın hərbi təxribatlarına biganə qalmamağa səsləyiblər. Aksiyada "Qarabağ Azərbaycandır!", “Erməni işğalına son qoyun!”, “Erməni terrorçuluğuna son soyun!”, “Uşaq ölümünə son qoyun!”, "Gəncə üçün dua et!", “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik!”, “Bərdə üçün dua et!” və s. kimi şuarların əks olunduğu plakatlar qaldıran həmvətənlərimiz  Azərbaycanın haqlı mübarizəsinə hər cür dəstək verməyə hazır olduqlarını bildiriblər.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə