Təqvim
Türkiyə daha bir öldürücü silahını hazırlayır
21 oktyabr 2020 - 15:55

Dağlıq Qarabağda yaşanan münaqişələrdə Ermənistan ordusuna çox ağır zərbələr vuran platformalardan biri də Türkiyənin “Bayraktar” PUA-ları ilə yanaşı, İsrail istehsalı kamikadze dronlarıdır. Ermənistan ordusu minlərlə əsgərini, yüzlərlə tank və zirehli texnikasını, onlarla hava hücumundan müdafiə sistemini bu iki platformanın hücumlarında itirib. Hava hücumundan müdafiə sistemlərinin radarları tərəfindən təsbit oluna bilməyən bu dronlar gələcəkdə hərb sahəsində çox effektiv şəkildə istifadə olunacaq.

Iki konvensional gücün nəhəng bir coğrafiyada gerçəkləşdirdiyi münaqişələrdə kamikadze dronların əhəmiyyəti daha yaxşı anlaşıldı.

 

Türkiyənin Müdafiə Sənayesi araşdırmaçısı Kadir Doğan S-300 kimi hava hücumundan müdafiə sistemlərinin belə vura bilməyəcəyi dronaların döyüşlərdə kritik rol oynadığını bildirib: “Bu kimi vasitələrin əsas qabiliyyəti müəyyən bir hündürlükdən sürətli eniş edərək içərisindəki hərbi başlıq sayəsindən hədəfini məhv etməsidir. Bu sistemlərin müəyyənləşdirilib məhv edilməsi çox çətindir. Çünki radar sahəsi çox aşağı olan platformalardır. Təsbit olunduğu durumlarda bir çox hava hücumundan müdafiə sisteminin bu vasitələri məhv etməsi iqtisadi baxımdan məntiqli qərar deyil. Çünki dronun dəyəri sistemin raketinin dəyərindən daha azdır. Bütün bunları nəzərə aldıqda, dronların effektivliyini daha yaxşı görə bilərik”.

Mütəxəssis qeyd edib ki, Türkiyənin bu sahədə sərmayələri mövcuddur: “Xüsusilə, “Alpagu” qanadlı kamikadzeləri meydanda aktiv olaraq istifadə olunan bir vasitədir. Ölkəmizin daxil olduğu bir çox münaqişə vəziyyətində məhsulun effektiv istifadəsini gördük. Bununla birlikdə, ölkəmiz bu vasitələr mövzusunda olduqca yenidir”.

K.Doğan İsrail istehsalı “Harop”la “Alpagu”nu belə müqayisə edib: “Harop” quruluş etibarilə “Alpagu”ya görə daha böyük, ağır, sürətli və daha çox effektiv hərbi başlıqlara sahibdir. “Alpagu” quruluşu etibarilən daha çox anti-personal konseptdə istifadə oluna bilir. “Harop”un isə istifadə imkanları daha genişdir”. Publika.az

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə