Təqvim
Gülağa Tənha Vətən çağırır səni
17 oktyabr 2020 - 23:33

Xeyriyyəçi – şair Gülağa Tənhanın “Vətən çağırır səni” şeirini təqdim edirik! Müharibənin 21 – ci günü.

 

 

 

 

 

 

 VƏTƏN ÇAĞIRIR SƏNİ

 


Döyüşlərdə qardaşı
Şəhid olan qardaşım,
Bahar buludu kimi
Hər an dolan qardaşım!
Vətən sevgindən doğan
Qeyrətindi silahın,
Xəlil Rza demişkən,
Nifrətindi silahın.
Səni, şəhid qardaşı,
Yağı tapdağı altda
Qalan torpaq çağırır.
Düşmənin nəfəsindən
Donan bulaq çağırır.
Yiyəsi şəhid olan
Neçə yaraq çağırır.
Sərhəddə dalğalanan
Qanlı bayraq çağırır.
Vətən çağırır səni,
Çatıbdı qisas dəmi!
Sən şəhid qardaşısan,
Döyüş şəhidlər təki,
Qayıt qazilər kimi!

 

 

 

 

Müharibənin 21 – ci günü!

 

Torpaq mükafat kimidir, layiq olana verilir!

 

Dünən gecə 16 – sından 17 oktyabra keçən gecə saat 01:00 da Gəncəyə yenidən raket atıldı. Bu hadisədən xəbərdar olanlar bütün gecəni Gəncə ilə birlikdə yatmadı. İlk olaraq orada ezamiyyətdə olan türk jurnalistləri özlərini hadisə yerinə çatdırıb canlı yayıma qoşuldular daha sonra yerli televiziya kanallarımız da özlərini çatdırıb xəbəri canlı verməyə başladılar. Görünən ümumi mənzərə çox ağır və tükürpədici idi. 20  yaşayış  evi dağıtılıb, nəticədə 13 nəfər dünyasını dəyişib, 40 nəfər isə ağır yaralanıb. Türk jurnalist qızın gərginlik keçirərək ölənlərin içində körpələrin olduğunu da bildirdi. Səhərə yaxın, arıd-arası kəsilməyən xəbərlərin buraxılışında məlum oldu ki, bir qədər sonra Prezident çıxış edəcək. Hamı səbirsizliklə cənab İlham Əliyevin hansı qərar, hansı fikir söyləyəcəyini gözləyirdi. Beləliklə, olmuş hadisəyə münasibət bildirərək bizim qələbəyə gedən iradəmizi heç kim sarsıda bilməz fikri, ürəyimizi rahatladı. Bəli biz də elə düşünürük, bu müharibədir və “düşmən, balaca uşaq kimi gücü çatmadığından daş atır” təsvirini əks etdirir. Çox təəssüf ki bu daş bizim dinc sakinlərimizə dəyir və xəsarət yetirir. Ali Başa Komandan məqsədini bir daha açıqladı və çıxışından düşmənləri  agah elədi ki, sizin provakasiyanıza gedən deyilik. Biz sivil adamlarla işimiz yoxdur və sizin cavabınızı döyüş meydanında verəcəyik. Bu fikirlə aydın şəkildə olduğumuz müstəvini göstərdi. Daha sonra isə qəlblərə bir qədər məlhəm olan şad xəbəri Azərbaycan xalqına çatdırdı. “Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad etdi!” ( Eyni zamanda Füzulinin Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri ) Bəli bu gün tarixin yaddaşına kədərdə-sevinc, qarada-ağ  kimi yazıldı. Xatırlayıram məktəb vaxtı Füzulidən, Ağdamdan olan sinif yoldaşlarımızla o məkanlar haqqında saatlarla danışıb, nə vaxtsa o yerlərə gedib, görəcəyik kmi xəyallar qururduq. Bəzi böyüklərimiz belə, xüsusın də Qarabağlılar əllərini o torpaqdan üzmüşdülər. Şükür bugünə! Zəng eləyib təbrik edəndə o günləri bir anlıq xatırlayıb onun timsalında bütün sakinləri də təbrik elədik. Bundan sonra mütləq o yerlərin, hər bir qarışının qədrini bilək. Çünki torpaq mükafat kimidir, layiq olana verilir! Ən başlıcası da Azərbaycan xalqına edilənləri heç vaxt unutmayaq!

Hə,  günün növbəti əsas məsələsi Xocalıda əlacsız insanlarımızın başına açdığı oyuna görə  İravanda rəğbətlə qarşılanan Rüstəm Qosparyandır. Bu dəfə isə İravan onun lənətlənmiş yarı canını qarşıladı. Hansı ki, özü ilə Xankəndində döyüşən 29 yaşlı oğlu bumeranq olaraq gözləri qarşısında can verdi. Daha sonra Xocalıda insanlıqdan uzaq törəddiyi cinayətləri törətməyə gəldiyi ayaqlarını itirdi. Çox güman ki, bu az bir vaxt araxında o, ağrı acılar içində bütün səhvlərini gözü qarşısından keçirtdi və etdiklərinin cavabını verməyə getmədən əvvəl həyatın ondan aldığı qisası dərk etdi. Çox təəssüf ki, insanların çoxu ən elementar həqiqətləri çox qec başadüşür. Necə ki, Ermənistan... Axı hər bir ölkə də canlı orqanizimdir...

Azərbaycan bu gün dünyaya insanlıq dərsi keçir. Müharibə etsə də özündəki əxlaqı, insanlığı qoruyur, inkişaf etmiş ölkələrə eləcə də düşmənə tükənməz iradə sahibi olduğumuzu əks etdirir. Əlbəttə, Qarabağ Azərbaycanındır! Xatırlatmaq üçün yazırıq: Qələbəyə qədər boşalmaq olmaz!

 

 

17.10.2020

 

 

 

#Gülağa #Tənha #Gulaga #klip #Vətənim #Azərbaycan #Yurdum #Vetenim #AZE #Qarabag #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #Qarabağ #şeir #sheir

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə