Təqvim
Azər Həsrət yazır: "Qarabağ ermənilərinə status məsələsini unutmaq olar"
14 oktyabr 2020 - 16:09

Ermənilərin bu gün İrəvanda Rusiya səfirliyi önündə etiraz aksiyası keçirdiyi bəlli olub. Bir qrup erməni Rusiyadan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımağı tələb edib. Düzdür, bu işlərdən anlayan ruslar da sual edir ki, Ermənistan özü Qarabağı tanıyır ki, biz də tanıyaq? Haqlı sualdır. Adama deyərlər ki, özün bacarmadığını başqasından niyə tələb edirsən?

Elə ermənilər bu tanınma məsələsini gündəmə gətirmişkən, biz də fikrimizi bildirək. Cəbhə bölgəsindəki son hadisələr Azərbaycanın Dağlıq Qarabağ erməniləri ilə bağlı planlarına yenidən baxmasını zəruri edir. Bizcə elədir.

Sözümüz nədir? Deyirik ki, indiki halda Dağlıq Qarabağ erməniləri böyük hesabla bölücü və işğalçıların yanında mövqe tutmaqla Azərbaycan dövlətinə tabe olmaqdan imtina edir. Bu isə o deməkdir ki, dövlətin Konstitusiyasını və qanunlarını pozmaqla konkret cinayət əməli törədirlər. Belə olan halda dövlət də onlarla uyğun dildə danışmalı olacaq.

Yəni nə edəcəyik? Yaxud nə etməliyik?

Bizcə Azərbaycan artıq son dəfə Dağlıq Qarabağ ermənilərinə müraciət etməlidir. Ki, buyurun, mövqeyinizi dəqiqləşdirin. Ya qalıb Azərbaycan vətəndaşı kimi yaşayırsınız, ya da şələ-külənizi yığıb ölkədən gedirsiniz. Üçüncü seçənək də var: müharibənin əzablarına qatlaşırsınız.

Belə olacağı təqdirdə artıq dünya da görəcək ki, biz əzazil deyilik, adamlara şans tanıyırıq və bizimlə birlikdə yaşamaları üçün problem yoxdur.

Hə, bu arada ermənilərə muxtariyyət məsələsini də müzakirə planından çıxarmaq lazımdır. Çünki onlara bu təklif illərdir verilir, qulaqardına vurub cinayətkar bölücülük və işğalın yanında yer tuturlar. Belə olan halda onların hər hansı muxtariyyətindən söhbət gedə bilməz.

Lakin daha bir humanist təklif üzərində də işləyə bilərik. İşğal altındakı bütün torpaqları azad edirik. Ardından bütün köçkünlərimizi yurdlarına qaytarırıq. Sonra da ümumi Qarabağ vilayətini elan edirik. Buraya hazırda işğal altında olan bütün torpaqları qatırıq. Daha sonra isə orada bütün sakinlərin iştirakıyla hansısa muxtariyyət referendumu keçirmək olar.

Ümumiyyətlə isə, indiki mərhələdə danışıqlar masasında yalnız işğalçı Ermənistanın Azərbaycan torpaqlarından çəkilib getməsi məsələsi olmalıdır. Status-filan məsələləri sonrakı mərhələdir. Biz o torpaqlarda normal yaşamı bərpa edək, tikib-quraq, ondan sonra hansısa status məsələsindən danışmaq olar. Hələ bilmək olmaz, bəlkə ermənilər elə könüllü şəkildə Qarabağdan ümumiyyətlə birdəfəlik çıxıb gedəcəklər? Ona görə də status məsələsini ən azı 30 illik təxirə salmaq lazımdır.

Bir də təzminat məsələsi var. İşğaldan azad edilən yaşayış məntəqələrimizi görürük. Daşı daş üstündə qoymayıblar bu vəhşi ermənilər! Mütləq təzminat tələb edilməlidir! Özü də unutmayaq ki, o yurdlarımızı viran qoyanların bir qismi də elə Qarabağdakı “dinc” yerli ermənilərdir. Cavab verməlidirlər! 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə