“Hərbi əməliyyatlar keçirilən bölgədən uzaqda mülki əhaliyə qarşı dağıdıcı raketlərdən istifadə etmək müharibə cinayətidir”. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" hesabında yazıb. O bildirib ki, bu, Ermənistanın siyasi-hərbi rəhbərliyinin əxlaqsız davranışının təzahürüdür.
Bütün hüquqlar qorunur © 2026