Təqvim
Milli Məclis hərbi vəziyyətlə bağlı qərar qəbul etdi (YENİLƏNDİ)
27 sentyabr 2020 - 16:10

Sentyabrın 27-də Milli Məclisin iclası keçirildi. Milli Məclisin Sədri Sahibə Qafarova iclası açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

AZpres.AZ-n Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla verdiyi məlumata görə, Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman imzalamış və həmin Fərmanı təsdiq edilmək üçün Milli Məclisə təqdim etmişdir. “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə görə, “Hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikasının Milli Məclisinə daxil olduqdan sonra 48 saat müddətində növbəti və növbədənkənar sessiyalar dövrünün olub-olmamasından asılı olmayaraq, Azərbaycan Respublikası Milli Məclisinin iclası keçirilir.” Bugünkü iclasımızın keçirilməsi də bu zərurətdən irəli gəlir. Gündəliyə bir məsələ daxildir.

Daha sonra Milli Məclisin Sədri bildirdi ki, bu gün səhər Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycana qarşı növbəti planlaşdırılmış təxribata əl atmışlar. İşğalçı ölkənin silahlı qüvvələri müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutmuşlar. Mülki əhali və hərbi qulluqçular arasında həlak olanlar və yaralananlar var. Milli Məclisin Sədri Sahibə Qafarovanın təklifi ilə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Milli Məclisin Sədri diqqətə çatdırdı ki, Ermənistanın bu xain hücumu erməni faşizminin, işğalçı ölkənin hərbi və siyasi rəhbərliyinin beynəlxalq hüquqa qarşı saymazyana münasibətinin növbəti bir təzahürüdür:

"Ermənistan bu təxribatı törətməklə işğalçılıq siyasətini genişləndirmək və təcavüzkar siyasətini davam etdirmək niyyəti güdür. Xatırlatmaq istəyirəm ki, bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Ermənistanın planlaşdırdığı təcavüz aktı və hərbi təxribatları barədə beynəlxalq ictimaiyyətə xəbərdarlıq etmişdir. İyul ayında Tovuzda baş verən təxribatdan sonra bu gün baş verənlər Ermənistan faşizminin iç üzünü və çirkin mahiyyətini açıb göstərir. Bütün xalqımız əmindir ki, şəhidlərimizin qanı yerdə qalmayacaqdır və qalmır. Azərbaycan ordusu bütün cəbhəboyu uğurlu əks-hücum əməliyyatları həyata keçirir və düşmənə sarsıdıcı zərbələr endirir. Artıq düşmənin ön xətti yarılmış və Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdulrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilmişdir".

Milli Məclisin Sədri Sahibə Qafarovanın bu sözləri deputatlar tərəfindən alqışlarla qarşılandı. Milli Məclisin Sədri bu münasibətlə təbriklərini çatdırdı. Sədr qeyd etdi ki, Ermənistan ordusunun təxribatları barədə beynəlxalq ictimaiyyətə artıq məlumat verilmişdir və bir neçə dəqiqə bundan əvvəl Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şəntop mənə telefonla zəng edərək qardaş ölkənin Azərbaycana dəstəyini bir daha ifadə etmişdir.

Milli Məclisin Sədri onu da deputatların nəzərinə çatdırdı ki, Milli Məclis tərəfindən beynəlxalq parlament təşkilatlarına və milli parlamentlərə Ermənistanın bu təxribatı haqqında məktublar göndərilmişdir. Milli Məclisin Sədri vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dediyi kimi, Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq, bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır ! Sədrin çıxışı alqışlarla qarşılandı.

Sonra Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanını oxudu. Məsələnin müzakirəsi zamanı çıxış edən Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, sədr müavinləri Adil Əliyev, Fəzail İbrahimli, komitə sədrləri Ziyafət Əsgərov, Səməd Seyidov, Bəxtiyar Əliyev, Qənirə Paşayeva, Zahid Oruc, Aydın Mirzəzadə, Erkin Qədirli, Fazil Mustafa, Səttar Möhbalıyev, Nizami Cəfərov bu günü tarixi bir gün kimi xarakterizə etdilər. Deputatlar Azərbaycan Ordusunun torpaqlarımızı tezliklə işğaldan azad edəcəklərinə və vətəndaşlarımızın tezliklə doğma yurd-yuvalarına qayıdacağına əminliklərini ifadə etdilər, Ordumuza uğurlar arzuladılar. Sonra “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı səsə qoyularaq təsdiq edildi.

***

“Azərbaycan Prezidentinin fərmanı ilə hərbi vəziyyət elan olunub".

AZpres.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Milli Məclisin qəbul etdiyi fərman Prezident İlham Əliyev tərəfindən təsdiq edilib.

***

Milli Məclis bəzi şəhər və rayonlarda hərbi vəziyyətin tətbiq edilməsi barədə sənədi qəbul edib.

Hərbi vəziyyətlə əlaqədar Bakı, Gəncə, Göygöl, Yevlax və bir sıra şəhərlərdə komendant saatının elan olunması nəzərdə tutulur.

xxx

Sentyabrın 27-də Milli Məclisin payız sessiyasının xüsusi plenar iclası keçirilir.

AZpres.AZ Trend-ə istinadən xəbər verir ki, parlamentin Sədri Sahibə Qafarova iclası açaraq gündəliyə bir məsələnin daxil edildiyini deyib.

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölkədə hərbi vəziyyətin elan olunması məsələsi müzakirə edilir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə