Təqvim
AMEA Gəncə Bölməsinin nəşrləri Mərkəzi Elmi Ktabxanaya təqdim edilib
10 sentyabr 2020 - 11:16

AMEA-nın regional elmi mərkəzlərində akademik elmin inkişafı, elmi tədqiqat fəaliyyətinin genişləndirilməsi, fundamental, multidissiplinar və tətbiqi araşdırmaların vüsət alması elmin informasiyalaşdırılması prosesinin təminatçısı olan Mərkəzi Elmi Ktabxananın da qarşısına mühüm vəzifələr qoyur. Azərbaycanın hər bir bölgəsinin tarixi, arxeоlоgiyası, etnoqrafiyası, təbii ehtiyatları və s. əlaqədar aparılan tədqiqatların nəticələri ilə elmi ictimaiyyəti məlumatlandırmaq MEK-in öhdəsinə düşən ən mühüm vəzifələr sırasına daxildir. Regionların inkişaf perspektivlərini təmin edən inteqrasiyalı elmi informasiya sistemlərinin, elmi-sahəvi biblioqrafik bazaların yaradılması təşəbbüsü ilə çıxış edən MEK tərəfindən AMEA-nın bölmə və elmi mərkəzlərinə müraciət ünvanlanıb və innovativ informasiya xidməti servisi paketi təklif edilib (bax: http://www.mek.az/article.aspx?id=6292 ). Müraciət ziyalıların böyük marağına səbəb olub.
Təşəbbüsə öz elmi resurslarını təqdim etməklə ilk qoşulan Gəncə Bölməsi olub. Bununla əlaqədar yaradılmış işçi qrup bölmə alimlərinin elmi əsərlərinin kolleksiyasını (professor Xəlil Yusiflinin dahi mütəfəkkir Nizami Gəncəviyə həsr etdiyi monoqrafiyalar, bölmənin digər əməkdaşlarının Polşada, Çexiyada ingilis dilində çap olunmuş kitabları, Ulu öndər Heydər Əliyev və Gəncə mövzusunda beş cildlik və s.), elektron formatda zəruri biblioqrafik resursları MEK-ə təqdim edib. Artıq təqdim edilən elmi nəşrlər beynəlxalq biblioqrafik standartalara uyğun işlənililmiş, məlumat bazasında yerləşdirilmiş və sərgisi təşkil edilmişdir. Sərginin interaktiv təqdimatı da nəzərdə tutulur.
Təqdimatdan sonra MEK rəhbərliyi və kollektivi AMEA Gəncə bölməsinin sədri, akademik Fuad Əliyevə, bölmənin, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Həsənova, eləcə də gəncəli alimlərə minnətdarlığını bildirib.
Qeyd edək ki, Azərbaycanın, eləcə də Şərqin qədim elm və mədəniyyət mərkəzlərindən biri olmuş Gəncə görkəmli şəxsiyyətləri, mütəfəkkirləri ilə tanınıb.
Prezident İlham Əliyevin 19 dekabr 2012-ci il tarixli Sərəncamı ilə AMEA Gəncə Regional Elmi Mərkəzinin əsasında 7 institutun təmsil olunduğu Gəncə Bölməsi təsis edilib. Bölmənin elmi-tədqiqat müəssisələrində çalışan alimlər Azərbaycan elminin inkişafına bu gün də mühüm töhfələr verməkdə davam edirlər. Xüsusilə Gəncə-Qazax bölgəsinin təbii sərvətləri və sənayenin müxtəlif sahələrində onlardan səmərəli istifadə olunması, ekoloji problemlərin həlli, alternativ enerji mənbələrinin tədqiqi, bölgənin ədəbi-mədəni irsi, tarixi və etnoqrafiyası və s istiqamətlərdə aparılan tədqiqatlar, əldə edilmiş elmi nəticələr eyni zamanda Azərbaycan və dünya elm tarixinə yazılmaqda olan yeni-yeni səhifələrdir. Bunlar ayrı-ayrı monoqrafiyalarda, kitablarda, elmi toplu, dərgilərdə, eləcə də elektron formatda işıq üzü görməkdədir.
AMEA Mərkəzi Elmi Kitabxana
İctimaiyyətlə əlaqələr bölməsi
Əlaqə:
(012) 537 19 82
pr.mek.az@gmail.com 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə