Təqvim
“Ermənistanın Azərbaycan torpaqlarının işğalı, məskunlaşdırma siyasəti, məhv edilən maddi-mədəniyyət nümunələri” adlı beynəlxalq konfrans keçiriləcəkdir
04 sentyabr 2020 - 13:37

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə cari il 5 sentyabr tarixində Azərbaycan və Özbəkistan arasında “Ermənistanın Azərbaycan torpaqlarının işğalı, məskunlaşdırma siyasəti, məhv edilən maddi-mədəniyyət nümunələri”adlı beynəlxalq onlayn konfrans keçiriləcəkdir.
Qeyd edək ki, konfrans Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin iştirakı və dəstəyi ilə təşkil olunur.
Konfransın əsas məqsədi – Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, bu ərazilərdə həyata keçirilən etnik təmizləmə, məskunlaşdırma siyasəti, habelə müsəlman, türk mədəni irsinin dağıdılması, məhv edilməsi, saxtalaşdırma siyasətinə dair həqiqətlərin yayılması, bu barədə dünya ictimaiyyətinin məlumatlandırılmasıdır.
Tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov giriş sözü və məruzə ilə çıxış edəcəkdir. O, mövzu üzrə rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Mərkəzinin apardığı təbliğatı işlər, həyata keçirilən layihələr, yerli mətbuatda məsələnin işıqlandırılması, tədqiqatların aparılmasına dəstək, kitabların tərcüməsi, konfransların, müzakirələrin təşkili, birgə əməkdaşlıq məsələləri haqqında məruzə edəcəkdir.
Daha sonra konfransda Azərbaycan millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva çıxış edəcək, Ermənistanın Azərbaycan torpaqlarının işğalı, onun ağır nəticələri, dağıdılmış milli-mədəni sərvətlər, etnik təmizləmə siyasəti, Azərbaycan torpaqlarında başqa ölkələrdən etnik erməniləringətirilərəkməskunlaşdırılması və s. məsələlər barədə məruzə edəcəkdir.
Tədbirdə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor ErkinNuriddinov Özbəkistan-Azərbaycan əməkdaşlığı, qeyd olunan mövzu üzrə aparılan təbliğatı işlər, erməni işğalı nəticəsində yaranmış humanitar, ekoloji problemlər, milli mədəniyyətə dəymiş ziyan və s. barədə çıxış edəcəkdir.
Azərbaycan millət vəkilləri Soltan Məmmədov, Məşhur Məmmədov, Elnur Allahverdiyev çıxış edərək Ermənistanın Azərbaycan torpaqlarının işğalı, zəbt olunmuş Azərbaycan torpaqlarında ermənilərin həyata keçirdiyi məskunlaşdırma siyasəti və bu sahədə aparılan təbliğatı işlərə dair məruzələr edəcəklər.
Konfransda tanınmış özbək alimlərKarimBaxriyev, Şuxrat Salamov, Gülbahar Aşurova, Babaxan Şarif, Qayrat Məcid, Gülnaz Sattarova, FərxadAdilov, ObidconŞöfiyevçıxış edərək Azərbaycan-Özbəkistan arasında tarixi dostluq, münasibətlər, Türk Şurası çərçivəsində əməkdaşlıq, Azərbaycanın haqq işinə Özbəkistan tərəfindən göstərilən dəstək, habelə konfrans çərçivəsində təqdimatı edilən Qənirə Paşayevanın Özbək dilində çap olunmuş “İtirdiyim xoşbəxtlik” adlı kitab barədə məruzələr və çıxışlar edəcəklər.
Özbək jurnalistlər QamaraddinŞeyxov, AbduvaliSaybnazarov, Raxmat Babacan, Xasiyat Rüstəmova konfransda Özbəkistan mətbuatında Azərbaycan mövzusu, Özbək dili üzrə milli seqmentdə Azərbaycan, onun ən əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin işıqlandırılması, Azərbaycan həqiqətlərinin yayılması və s. barədə fikirlərini bölüşəcəklər.
Bir sıra azərbaycanlı alimlər Kərimulla Məmmədzadə, Əkbər Qoşalı mövzu üzrə Azərbaycan və Özbəkistan alimləri tərəfindən aparılan tədqiqat işlərinin vəziyyətinə dair məruzələr edəcəklər.
Konfrans çərçivəsində Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin rəhbəri, şairə Qənirə Paşayevanın “İtı̇rdı̇yı̇mxoşbəxtlı̇k”(“Qarabağ hekayələri” silsiləsindən)
özbəkcə nəşr olunmuş kitabının təqdimatı da keçiriləcəkdir.
“İtirdiyim xoşbəxtlik” (“Qarabağ hekayələri” silsiləsindən) kitabının ön söz yazarı Mili Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevadır. Görkəmliözbək professoru, türkoloq Babaxan Şarif kitaba “Təqdim” yazısı yazaraq, Azərbaycan həqiqətləri, bu həqiqətlərin bədii ədəbiyyatda inkası, habelə iki qardaş ölkənin daha da doğmalaşmasında və sarsılmaz dostluğunda ədəbiyyatın mühüm rolu barədə fikirlərini bölüşüb.
Qeyd edək ki, “Qarabağ hekayələri” adı ilə işıqüzü görən yeni nəşrdə yer alan hekayələri özbəkcəyə istedadlı gənc şair-tərcüməçi, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü ŞahistəArtukova (Kamranlı) uyğunlaşdırıb.  

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə