Təqvim
Göbələklər müasir dünyada
03 avqust 2020 - 20:29

“Təbiət milyardlarla ildir göbələklərlə təcrübə aparır, bir çox güclü yaşam vasitəsini təkmilləşdirir. Bu vasitələrdən fantastik şəkildə – zədələnmiş ekosistemləri canlandırmaq, qlobal istiləşmənin qarşısını almaq və hətta xəstəliklərin çarəsini tapmaq üçün istifadə edə bilərik. Paul Stames”
Bütün canlılar sağlam və ya xəstə olmasına baxmayaraq bir neçə qrupda təsnifləşdirilən çox sayda göbələk növlərini daşıyırlar, başqa sözlə ifadə etsək, göbələklərə ev sahibliyi edirlər. Göbələklər öz-özlüyündə maraqlı tədqiqat obyektləri olmaqla yanaşı, onların digər canlılarla assosiasiyaları (bitki, heyvan, insan və s.) və bu munasibətlər çərçivəsində ekosistemdə yerinə yetirdiyi funksiyalar olduqca rəngarəngdir. Onlar assosiasiyada olduqları canlılarla yayıla bilir və ətraf mühit şəraitinə adaptasiya imkanına malikdirlər.
Ehtimal edilir ki, XXI əsrdə göbələklər daha çox hüceyrədaxili orqanellərin araşdırılması, ətraf mühitin sərt şəraitinə dözümlülük, yad DNT-lərin invaziyasının (hücumunun) qarşısını almaq üçün mühafizə mexanizmlərinin axtarılması, bioloji ritmlər, qocalma və ölüm kimi ali orqanizmlərə də xas olan proseslərin idarə olunması üçün istifadə ediləcəkdir. Göbələklərin transformasiya etmək qabiliyyəti sadə qidalı mühitlərdən istifadə etməklə sənaye miqyasında transgen ştammların becərilməsində, o cümlədən insan vaksinlərinin hazırlanmasında tətbiq ediləcəkdir.
Bioiqtisadiyyatda göbələklər qlobal çağırışların ünvanlamasında olduqca vacib rola malikdir. Bu çağırışlar sırasına yeni şəraitdə resursların səmərəliliyinin yaxşılaşdırılmasını, qalıq mənbələrin bərpa olunaraq əvəzedici məhsullara çevrilməsini, tullantı yığınlarının qiymətli qida və yem məhsullarınadək dəyişdirilməsini, bağırsaq biotasını gücləndirməklə həyat tərzi xəstəlikləri və antibiotiklərə əks təsir göstərmək, iqlim dəyişkənliyi şəraitində əkin bitkilərini daha sağlam olması və onların törədicilərə qarşı yeni bioloji maddələr sintez etməsini təmin etmək və s. daxildir.
Bütün tendensiyalar onu göstərir ki, göbələk xəstəlikləri XXI əsrdə artacaq və bu şərait törədicilərə dair tədqiqatların genişləndirilməsini və daha çox maliyyə cəlbini tələb edəcəkdir. Göbələk xəstəlikləri insanları əstrlər boyu təqib etsə də, onlar yalnız 20-ci əsrin ikinci yarısında mühüm tibbi problemə çevrilmişdir. Tibbi mikologiyada əsas aksiomlardan biri invaziv göbələk infeksiyalarının diaqnostikasının çətin olmasıdır, belə ki, onların böyük əksəriyyətinə diaqnozu yalnız postmortem qoymaq mümkün olur. Göbələk törədiciləri idarə və ya müalicə etmək də kifayət qədər çətindir, çünkü xəstəliklər adətən xroniki hal alır, diaqnostikası çətindir və ona antifunqal dərmanlarla son verməyin nəticəsi birmənalı olmaya bilər.
Belə ki, müasir tibbin inkişafı HİV epidemiyası ilə birlikdə bir çox insanlarda imunitet pozğunluğu ilə nəticələnmişdir. Buna parlaq misal HİV infeksiyası ilə assosiasiyada olan və dimorf Sporothrix schenckii göbələyini qeyd etmək olar. Hal-hazırda beynəlxalq aləmdə dünyanı təhdid hədəfinə çevirmiş COVID19 təhlukəsi və bu təhlikənin əsas səbəbi hesab edilən SARS-CoV-2 virusu üzrə aparılan tədqiqatlarda Aspergillus ko-infeksiyasından da bəhs edilməyə başlanılıb. Statistikaya görə 30% yoluxmalarda ağciyər aspergillozu (CAPA) diaqnostikası da müşahidə edilir və bu halda letal nəticə faktının yüksək olduğu qeyd edilir. Həmçinin digər bir nümunə olaraq virusa yoluxmuş xəstələtdə Saccharomyces infeksiyasını qeyd etmək olar. Məlumdur ki, Saccharomyces probiyotik preparatları, xüsusilə reanimasiya şöbələrində antibiotiklə əlaqəli ağırlaşmaların qarşısının alınması üçün geniş istifadə olunur, lakin Saccharomyces infeksiyası immuniteti zəif olan və ya ağır xəstələrdə invaziv infeksiya agenti kimi də təsir edir. Yaxın üfiqdə göbələk xəstəliklərinin artma ehtimalı yüksəkdir, belə ki, davamlılığı, eləcə də imuniteti pozulmuş orqanizmlərin daha çox göbələyə ev sahibliyi edəcək və antifunqal dərmanlardan və ya fungisidlərdən ardıcıl istifadə dərmana müqavimətin artması ilə nəticələnəcək.
Müasir tibbin immunmolekul və hüceyrəni hədəfləyən anti-cism əsaslı immunoterapiyaların inqilabı ərəfəsində olmasını nəzərə alsaq invaziv göbələk xəstəlikləri riskinə məruz qalacaq insanların sayının artacağını ehtimal edə bilərik. Məsələn, revmatoloji xəstəliklər üçün inqilabi şiş nekrozu tixanma terapiyasının tətbiqi göbələk xəstəliklərinə həssaslığı olan insan qrupu yaratmışdır.
Həmçinin, iqlim dəyişikliyi özü də ekosistemdə müxtəlif canlıların yeni göbələk xəstəliklərinin biruzə verməsinə səbəb ola bilər. Xroniki xəstəliklərlə göbələk infeksiyaları arasında bəzi müasir assosiasiyalar göbələklərin tədricən törədici agentlərə çevrilməsi ilə nəticələnə bilər ki, bu da onların əhəmiyyətini artırar. Əlbətdə ki, yeni fungisidlərin, dərmanların, diaqnostikaların, vaksinlərin və immunterapiyaların da təkamülü gözlənilir.
Qeyd edilən problemlər ölkədə professional mikoloqlarla yanaşı göbələklərlə maraqlanan gənc nəsil üçün də cəlbedicidir. Yetişməkdə olan və mikoloji araşdırmalara cəlb edilən tələbə, magistr və gənc tədqiqatçıların yeniliklərə artmaqda olan marağı və mikologiyada yeni çağırışlara cavab vermək arzusu bu elm sahəsinin inkişafı üçün böyük ilham mənbəyidir.
AMEA Boyanika İnstitutu
Mikologiya laboratoriyasının müdiri,
biologiya elmləri doktoru Dilzarə N. Ağayeva
--
Hörmətlə,
AMEA Botanika İnstitutu
İctimaiyyətlə əlaqələr şöbəsi
Məhsəti Qurbanova
070 530 21 03 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə