Təqvim
Bakı Ali Neft Məktəbində “Virtual Məzun Günü” keçiriləcək
22 iyul 2020 - 15:39

Bakı Ali Neft Məktəbi (BANM) bu il “Məzun Günü” tədbirini virtual formada keçirəcək. Tədbir 28 iyul tarixində saat 17:00-da Ali Məktəbin sosial şəbəkələrdəki (“Facebook”, “Youtube” və “Instagram”) səhifələrində yayımlanacaq. Bu il Məzun Günü tədbiri ənənəvi formatdan fərqlənsə də, proqram və kompozisiya cəhətdən zəngin tərtib olunub. Tədbirin aparıcısı qismində məşhur aparıcı Leyla Quliyeva  çıxış edəcək.


Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, BANM-in akademik partnyoru olan Böyük Britaniyanın Heriot-Vatt Universitetinin rektoru Riçard Viliyam məzunları təbrik edəcəklər. Valideynlər adından “İlin tələbəsi” Cavid Məmmədlinin anası çıxış edəcək.


Tədbirdə BANM-in ötən ilki məzunlarının dünyanın müxtəlif universitetlərindən və transmilli şirkətlərdən builki məzunlara göndərdiyi təbrik videosu nümayiş olunacaq. Eyni zamanda, bu il təhsildə fərqlənən məzunlar da öz ürək sözlərini bölüşəcəklər.


 Tədbirin bədii hissəsində musiqi nömrələri, rəqslər, təqdimatlar, əvvəlki Məzun Günlərindən maraqlı fraqmentlər nümayiş olunacaq.


Xatırladaq ki, Bakı Ali Neft Məktəbi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə dövlət ali təhsil müəssisəsi statusunda SOCAR-ın strukturunda yaradılıb. Məktəb Azərbaycanda və xarici ölkələrdə fəaliyyətini genişləndirən SOCAR-ın və ölkənin digər sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında, ingilis dilində təhsil almış yüksəkixtisaslı mühəndis kadrlarına olan ehtiyaclarını ödəmək məqsədilə təsis edilib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə