Təqvim
Gülağa Tənha "Qızıl yarpaq, Tənha səs" ifa: Əməkdar artist Şəlalə Şahvələdqızı
23 iyul 2020 - 19:03

“Qızıl yarpaq, Tənha səs” müsabiqəsinin növbəti iştirakçısı aktrisa, Əməkdar artist Şəlalə Şahvələdqızıdır. O, xeyriyyəçi – şair Gülağa Tənhanın “Necə yaşayır?...” şeirini səsləndirərək müsabiqəyə qatılmışdır. Əvvəlki yayımlardan məlum olduğu kimi, şair Gülağa Tənha dəfələrlə internat məktəblərində olmuş və  gördüklərindən təsirlənərək bir neçə şeir yazmışdır. Bu həm də bir vaxtlar orada yaşayıb, təhsil alan bir adamın keçmişi unutmadan onları olduğu kimi duymasını göstərir...

 

 

 

NECƏ YAŞAYIR?..

 

Bakı…
Uşaq evi…
Qəmgin baxışlar
Sıxır bu binanın divarlarını.
İtirib küçədən ötüb-keçənə,
İtirib biryolluq etibarını.
Gözünü yollardan yığa bilməyən
Bir körpə dayanıb gözlərində yaş.
Ata-ana yoxdu, illərdən bəri
Dərd ona sirdaşdı, o, qəmə qardaş.
Sarmaşıb ananın boynuna qızı,
Qızın ürəyinə bir işıq düşüb.
Qovuşub, birləşib ananın saçı
Qızının saçıyla qarışıq düşüb.
Əlləri göylərdə günü oxşayır,
Dilində bir sevgi – «Anacan!..» deyir.
Elə bil dünyanı ona veriblər,
Ana kəlməsini ucadan deyir.
Südəmər vaxtında atılan uşaq,
Düşmüşdü gecənin qaranlığına.
Körpəni böyüdən tapıldı,
ancaq
Ana necə dözür sinə dağına?
Bir sevinc, bir kədər verib baş-başa,
Baxır, oğrun-oğrun o qıza baxır.
Uşağın yaş dolu gözündən daşa
Bir kədər çilənir, bir həsəd yağır.
Baxır, qəmli-qəmli baxır o qıza,
Baxır, ürəyində ağrı daşıyır.
Bu körpə anasız yaşayır, görən
O ana körpəsiz necə yaşayır?..
Necə yaşayır?!..


Bakı, 3 saylı Uşaq Evi, 3 mart 2003

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TEATR-KİNO, Həyat tərzi
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə