Təqvim
Bakı məktəbinin məzunu 9 nüfuzlu universitetə qəbul olub
20 iyul 2020 - 22:30

Paytaxt məktəblisi yüksək bal toplayaraq dünyanın 9 nüfuzlu universitetinə qəbul olub.

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 177 nömrəli tam orta məktəbin məzunu Selcan Nurullayeva Çin Xalq Respublikasının nüfuzlu ali təhsil müəssisələrindən olan Pekin Universitetində tam təqaüdlə təhsil almaq imkanı əldə edib. O, Təhsil Nazirliyi tərəfindən Azərbaycan vətəndaşlarının Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində xaricdə təhsil layihəsindən uğurlu nəticə əldə edərək Pekin Universitetinin “Tibb” ixtisasına qəbul olub.

İstedadlı məktəblinin uğurları bununla bitmir. S.Nurullayeva, həmçinin 2020-2021-ci tədris ili üçün "Tibbi biologiya" ixtisası üzrə ABŞ-ın və dünyanın ən nüfuzlu ali məktəblərindən biri olan Cənubi Florida Universitetində təhsil almaq şansı qazanıb. O, universitet tərəfindən "Yaşıl və Qızıl Prezident" mükafatına layiq görülüb.

Eyni zamanda S.Nurullayeva "Biologiya" ixtisası üzrə ABŞ-ın Müqəddəs Luis Universiteti, Arizona Dövlət Universiteti və Çikaqo Universitetinə qəbul olub.

Eləcə də paytaxt məktəbi məzununun müraciəti Türkiyənin bir sıra nüfuzlu ali məktəbləri tərəfindən müsbət dəyərləndirilib. O, "Malekulyar biologiya və genetika” ixtisası üzrə Türkiyənin Koç, Sabancı və Bilkent universitetlərində, eyni zamanda, “Tibb” ixtisası üzrə Yeditepe Universitetində təhsil almaq hüququ qazanıb.

Qazandığı uğurlara görə paytaxt məktəbinin məzununu təbrik edir və müvəffəqiyyətlər arzulayırıq.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə