Təqvim
Milli Məclisə gəlməyən Oqtay Əsədov özünə köməkçi də götürməyi ...
02 iyul 2020 - 14:37

Milli Məclisin sabiq sədri Oqtay Əsədovun parlamentin yaz və növbədənkənar sessiyalarının iclaslarına gəlməməsi bəzi KİV-lərdə və sosial şəbəkələrdə yeni söz-söhbətlərə səbəb olub. Eks-spikerin bu hərəkəti müxtəlif cür izah olunur.

Oqtay Əsədovun iclaslara qatılmamasını onun küskünlüyü ilə bağlayanlar da var, səhhətindəki problemlərlə əlaqələndirənlər də.

Məsələn, bəzi iddialarda O.Əsədovun spiker postunu itirməsini həzm edə bilmədiyi, parlamentdə sıravi deputat kimi təmsil olunmağı özünə yaraşdırmadığı qeyd olunur.

Digər iddialar eks-spikerin 65 yaşlı şəxs kimi rüsk qrupuna daxil olduğuna görə iclaslara gəlməməsilə bağlıdır. İddia olunur ki, keçmiş spiker şəkərli diabetdən əziyyət çəkir. Bununla belə, vəziyyət o qədər də kritik deyil. Yəni, səhhəti iclaslara qatılmasına problem yaratmır.

Modern.az saytının müxbiri iddialara O.Əsədovun özündən münasibət öyrənməyə çalışsa da, buna nail ola bilməyib.

Daha sonra deputatın köməkçisi ilə əlaqə saxlamağa çalışılıb, amma məlum olub ki, altıncı çağırış Milli Məclisin formalaşmasından bir neçə ay keçməsinə baxmayaraq, Oqtay müəllim hələ də özünə köməkçi təyin etməyib. Heç Milli Məclisin saytındakı “deputatla əlaqə” bölməsində də bu haqda hər hansı bir qeyd yoxdur.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə