Təqvim
Onlayn intellektual yarışlar davam edir
04 may 2020 - 22:00

1-2 may tarixlərində onlayn   "Fibonacci" və “Nə? Harada?Nə zaman?” intellektual yarışlarının növbəti oyunları keçirilib.

Mayın 1-də baş tutan  "Fibonacci" oyununda Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumilikdə 132 komanda (təxminən 900 şagird) iştirak edib. Oyunun nəticələrinə əsasən, I yeri Bakı şəhəri 60 nömrəli tam orta məktəbin komandası tutub ("Eagles" komandası, 58 bal). II-III yerləri isə H.Əliyev adına Müasir Təhsil Kompleksi ("Growth Mindset" komandası, 53 bal) və Bakı şəhəri 24 nömrəli tam orta məktəbin ("Legendary" komandası, 53 bal) komandaları bölüşdürüb. 

Mayın 2-də keçirilən “Nə?Harada? Nə zaman?” yarışında isə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumilikdə 108 komanda (təxminən 650 şagird) iştirak edib. Oyunun nəticələrinə əsasən, Bakı şəhəri 175 nömrəli tam orta məktəbin komandası I yerdə qərarlaşıb (24 sualdan 20 düzgün cavab). II-V yerləri isə 17 düzgün cavab ilə  Bakı şəhəri 160, 147, 182 və 61 nömrəli  tam orta məktəblərin komandaları bölüşdürüblər.

Qeyd edək ki, onlayn formatda məktəblilərarası "Fibonacci” yarışması əsasən VIII-XI, “Nə? Harada?Nə zaman?” yarışması isə V-VII sinif şagirdləri arasında təşkil olunur. Növbəti oyunlarda digər bölgələrdən də şagirdlərin iştirakı təmin olunacaq.

Bu oyunların keçirilməsində əsas məqsəd koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtlarının səmərəli və faydalı təşkili, evdə olduqları müddətdə  bilik və bacarıqlarından əlavə, məntiqi düşüncə və dünyagörüşünün də inkişafına nail olmaları üçün imkan yaratmaqdır.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Bölmədəki digər xəbərlər:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə