Təqvim
"Caspian European Club"un üzvü olan şirkətlərin nümayəndələri ilə görüş keçirilib
30 aprel 2020 - 13:29

Dövlət Gömrük Komitəsinin rəhbərliyi və "Caspian European Club"un üzvü olan şirkətlərin nümayəndələri arasında onlayn rejimdə görüş keçirilib.

Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, baş idarə rəisləri, "Caspian European Club"un sədri və baş icraçı direktoru Telman Əliyev və klubun üzvü olan şirkətlərin nümayəndələri iştirak ediblər.

Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov virtual müzakirə zamanı bir daha sahibkarlara qısaca olaraq koronovirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, gömrük sərhədini keçən nəqliyyat vasitələri bir neçə mərhələdə dezinfeksiya olunduqdan sonra ölkə ərazisinə buraxılır. Bu məqsədlə gömrük-keçid məntəqələri bütün zəruri avadanlıqlarla təchiz edilib.

Komitə sədrinin müavini vurğulayıb ki, idxal-ixrac və tranzit əməliyyatları hər hansı məhdudiyyət olmadan həyata keçirilir, malların və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə reallaşdırılması məqsədilə bütün addımlar atılır. Eyni zamanda, beynəlxalq ticarətin davamlılığının təmin edilməsi, mal və nəqliyyat vasitələrinin sərhəddən maneəsiz və sürətli keçidinin təmin olunması məqsədilə qonşu ölkələrin gömrük orqanları ilə də mütəmadi danışıqlar aparılır, məlumat mübadiləsi həyata keçirilir.

Cavad Qasımov Dövlət Gömrük Komitəsinin "Caspian European Club"la əməkdaşlığa böyük önəm verdiyini, klubun təşkilatçılığı ilə keçirilən tədbirlərdə Komitənin fəal iştirak etdiyini bildirib və növbəti forumlarda da bu ənənənin davam edəcəyini vurğulayıb.

Daha sonra "Caspian European Club"un baş icraçı direktoru Telman Əliyev səmimi görüşə görə təşəkkürünü bildirib, "Caspian European Club"un Dövlət Gömrük Komitəsi ilə əməkdaşlığından məmnunluqla söhbət açıb, səmərəli və işgüzar əlaqələrin mövcud olduğunu, əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Görüşün sonunda "Caspian European Club"un üzvü olan şirkətlərin nümayəndələri tərəfindən ünvanlanan suallar cavablandırılıb, bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə