Təqvim
AQTA-dan fermerlərə COVID-19 dan qorunmaq üçün zəruri tövsiyələr
25 aprel 2020 - 14:20

Fermerlər COVID-19 virusundan qorunmaq üçün bəzi qaydalara əməl etməlidirlər. Kənd təsərrüfatı məhsullarının istehsalçıları gübrə və kimyəvi vasitələrdən istifadədə, budama, alaqlama zamanı sanitar- gigiyena qaydalarına ciddi riayət etməlidirlər.  Təsərrüfatda çalışan digər şəxslərlə azı 2 metrlik məsafə saxlanmalıdır. Xəstəlik simptomları olan şəxslərlə yaxın təmas qurulmamalıdır. Təsərrüfatda işə başlamazdan əvvəl və sonra əllər 20 saniyə sabunlanaraq axar su altında yuyulmalıdır. Yoluxucu xəstəliklərin ötürülməsinin qarşısını almaq üçün iş prosesi zamanı əllərin spirt tərkibli antiseptik vasitə ilə təmizlənməsi vacibdir. Çirkli əllərlə ağız, burun və gözlərə toxunmaq olmaz. Bununla yanaşı xüsusilə, heyvandarlıq sahəsində çalışan şəxslər fərdi mühafizə vasitələri ilə təchiz edilməli, maska taxmalıdırlar. İş paltarını, qoruyucu əlcək və maskanı, eləcə də  boşqab, stəkan, dəsmal və bu kimi digər əşyaları başqaları ilə qətiyyən ortaq istifadə etməməlidirlər. Xatırladaq ki, istifadə edilən maska və əlcək gigiyena qaydalarına uyğun çıxarılmalı və dərhal qapalı zibil qutusuna atılmalıdır. Əllər spirt məhlulu ilə təmizlənməli və ya sabunla yuyulmalıdır. İş prosesində geyinilmiş paltarı isə mütləq 60°-də yuyucu vasitələrlə yumaq lazımdır.

Heyvandarlıq təsərrüfatlarında çalışan, istərsə də şəxsi istehlakı üçün məhsul istehsal edən maldarlıq təsərrüfatında işləyən şəxslər xüsusi geyim və ayaqqabıda olmalıdırlar. Mal-qaraya qulluq zamanı, yemlədikdən sonra əllər sabunla yuyulmalı və ya spirt tərkibli antiseptik vasitə ilə təmizlənməlidir. Təsərrüfatda çalışanlar fermaya girərkən və çıxarkən ayaqqabıları müvafiq dezinfeksiyaedici məhlulla təmizləməlidirlər. Böyük təsərrüfatlarda işçilər üçün paltardəyişmə otaqlarının, dolabların olması şərtdir.  Xəstəliklərə yoluxma riskini artırmamaq üçün zərurət  olmadıqca insanların sıx toplaşdığı heyvan satışı obyektlərinə getməmək tövsiyə olunur.

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə