Təqvim
Qoruyucu vasitələrdən təkrar istifadə etmək düzgün deyil
22 aprel 2020 - 15:52

Zəmanəmizin bəlasına çevrilən koronavirus (COVID-19) infeksiyasından güclü immunitet və gigiyenik qaydalara düzgün əməl etməklə qorunmaq mümkündür. Virusla mübarizədə istifadə olunan maska və əlcəklər ən vacib qoruyucu vasitələrdən biridir. Lakin onların qoruyucu gücü fərqli olduğundan seçim edərkən yanılmamaq lazımdır.
Bakıdakı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası uşaq poliklinikasının pediatr-infeksionisti Aytən Ziyadova deyib: “Qoruyucu vasitələr, xüsusən maskalar bir neçə cür olur. N95 maskalarından əsasən cərrahlar, virusoloq, epidemioloq və infeksionistlər istifadə edirlər. Həmin maskalar üzə daha kip oturur və ətrafdan havanın daxil olmasına imkan vermir. Əhalinin isə sadə maskalardan istifadə etməsi məsləhətdir. İnfeksiya əsasən gözün selikli qişası, ağız və burun, eləcə də zədələnmiş bədən nahiyələrindən yayılır. Dəridə zədə olduqda əlcəklərdən istifadə etmək zəruridir”.
Pediatr-infeksionistin dediyinə görə, viruslar maska və əlcəklərdə toplandığı üçün onların təkrar istifadə edilməsi tövsiyə olunmur. Bəzən sterilizasiya ediləndən sonra maskalar qurudub təkrar istifadə olunsa da, mütəxəssislər bunu düzgün saymırlar. Əlcəklərin də təkrar istifadəsi yolverilməzdir. Onları soyunarkən arxaya, yəni tərs üzünə çevirərək çıxarmaq və atmaq lazımdır.
Mütəxəssislər bildirirlər ki, tibbi maskaların istifadə müddəti 2-3 saatdır. Daha uzun müddət eyni maskadan istifadə etmək tənəffüs sistemində problem yarada bilər. Təmiz havada isə maskadan istifadə etmək məsləhət görülmür. AZƏRTAC 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə