Təqvim
Yuxarı tənəffüs yolları və ağciyər xəstəliklərindən əziyyət çəkən şəxslər düzgün və balanslı qidalanmalıdır
22 aprel 2020 - 15:00

Yuxarı tənəffüs yolları xəstələri, xüsusilə ağciyər xəstələri COVID – 19  virusunun yüksək risk qrupuna daxildirlər. Belə şəxslərin immun sisteminin güclü olması və xəstəliklərin profilaktikasında düzgün və balanslı qidalanması olduqca vacibdir.  Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları bu gün dünyada ən çox rast gəlinən xəstəliklərdən biridir.  Bu infeksiyalar əksər hallarda virus mənşəli olur. Məsələn, zökəm, sinusit, faringit, tonzillit, laringit, traxeit, qrip və s. Kəskin respirator infeksiyaların  əlamətləri əsasən yorğunluq, əzələ və baş ağrıları, zökəm, öskürək, boğaz ağrısı, asqırma və s. hesab olunur.

Hər il qeydə alınan müxtəlif qrip epidemiyalarının əsasən A və B virusları səbəb olur. C tipli qrip virusu geniş epidemiyalar törətmir. Epidemiyalar adətən payız-qış mövsümündə müşahidə olunur. Genetik strukturları daim dəyişən qripin yeni növləri əmələ gəlir. Ona görə də əhalinin onlara qarşı immuniteti olmur. Xəstəliyin risk qruplarına:

•    yaşı 1-dən aşağı, 65-dən yuxarı olan insanlar;
•    ağciyərlərin immundefisitli halları olan insanlar;
•    xronik ürək-damar sistemini xəstəlikləri olan insanlar;
•    şəkərli diabet olan insanlar;
•    hamilə qadınlar və s. daxildir.

Balanslaşdırılmış qidalanma yuxarı tənəffüs yolları və ağciyər xəstəlikləri olan insanlarda həm xəstəliyin profilaktikasında, həm də müalicəsində mühüm əhəmiyyət kəsb edir. Bu cür xəstəliklərdən əziyyət çəkən insanlara tərkibində C, D və E vitaminləri, antioksidantlar, minerallar, yağ turşuları ilə zəngin olan qidalardan istifadə etmək məsləhət görülür.

•    C vitamini ilə zəngin olan qidalar itburnu, qara qarağat, çaytikanı, sitrus meyvələridir. C vitamini immun sisteminin möhkəmləndirilməsi, soyuqdəymə və virus xəstəlikləri zamanı sağalmanın tezləşdirilməsi kimi bir çox faydalı xüsusiyyətləri var.

•    D vitamini ilə zəngin olan qida məhsullarına süd və süd məhsulları, balıq və balıq yağı, yumurta, qaraciyər, yulaf  və s. daxildir. D vitamini immun sistemi və sümük-əzələ sistemini gücləndirərək orqanizmin xəstəliyə qarşı olan müqavimətini artırır.

•    E vitamini ilə zəngin olan qidalar badam, qoz, yer fıstığı, fındıq və quru paxlalı bitkilər hesab olunur. Bu qidalar ən aktiv immunomodulyatordur (immuniteti stimullaşdıran və möhkəmləndirən maddə).

•    Yuxarı tənəffüs yolları və ağciyər xəstəlikləri olan insanlar gün ərzində bədən çəkilərinə uyğun olaraq maye qəbul etməlidirlər. Bu, zəhərləyici maddələrin orqanizmə təsirinin azaldılması üçün məsləhət görülür.

•    Tərkibi kalsium, dəmir, sink ilə zəngin olan qidaların, qatığın gündəlik qəbulu tövsiyə olunur.

•    Un və un məmulatları, az şəkər qəbul etmək məsləhət görülür. Belə ki, bu qidalar bağırsaq mikroflorasına mənfi təsir göstərərək mikrob artımına və son metabolizma qalığı olan karbon qazına parçalanaraq tənəffüs çatışmazlığına səbəb olur.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə