Təqvim
Koronavirusdan qorunmaq üçün diabet xəstələri necə qidalanmalıdırlar?
18 aprel 2020 - 15:37

COVID - 19  xəstəliyini, adətən, yaşlı insanlar, həmçinin somatik  xəstəlikləri olan şəxslər daha ağır keçirirlər. Şəkərli diabet xəstələri də koronavirusa yoluxa biləcək yüksək risk qrupu altındadır, ancaq virusun təsir etmə mexanizmi insandan insana dəyişə bilər. Koronavirus yoluxmasının qarşısını almaq  üçün belə xəstələrin ilk növbədə tövsiyə olunan qabaqlayıcı, gündəlik profilaktik tədbirlərə riayət etməsi vacibdir. İmmun sistemini gücləndirməklə, həmçinin pəhriz qaydalarına əməl etməklə də, xəstəliyin mənfi təsirini minimuma çatdırmaq mümkündür.

Xatırladaq ki, şəkərli diabet xəstəliyi orqanizmdə maddələr mübadiləsinin pozulması ilə özünü göstərən xəstəlikdir. Diabetli insanın immun sistemi olduqca zəif olur. İmmun sistemini gücləndirməyin əsas yolları düzgün qidalanmaq, müntəzəm idmanla məşğul olmaq, yetərincə dincəlmək və normal yuxu rejimidir. Pəhriz bu  xəstələrin müalicəsində vacib rol oynayır və  şəkərin səviyyəsini normada saxlamağa kömək olur.  Şəkərli diabet xəstəliyi olan insan qidalanmada bir sıra qaydalara riayət etməlidir:

Şəkər və şəkərli qidalardan  uzaq durmaq məsləhətdir.

Meyvə sularının  əvəzinə təbii meyvələrə üstünlük vermək lazımdır.

Buğda unundan  deyil, çovdar unundan və ya tam taxıldan hazırlanmış çörək istehlak edilə bilər.
Düyü və düyüdən hazırlanmış yeməklərdən çəkinmək lazımdır. 

Konservləşdirilmiş meyvə və turşuların tərkibində artıq miqdarda natrium olur ki, bu da böyrəkləri həddindən artıq yükləyir. Konservlər qida rasionundan tam çıxarılmalıdır.

Çox yağlı və qızardılmış ət əvəzinə buxarda və ya sobada bişmiş ət məhsullarına üstünlük vermək lazımdır. Toyuq, xoruz, ördək, hinduşka və s. kimi quş ətlərini dərisi ilə yemək olmaz.

Bir neçə dəfə emal prosesindən keçmiş qidadan uzaq durmaq məsləhətdir.

İmmun sistemini gücləndirmək üçün diabet xəstələrinə tövsiyə olunur:

Vitamin C ilə zəngin qidalar - sitrus meyvələri, yaşıl və qırmızı bibər, qara qarağat, kivi, çiyələk, brokkoli, cəfəri, ananas, Brüssel kələmi, gül kələm, manqo, noxud, pomidor;

Vitamin E ilə zəngin  qidalar - tam taxıllı məhsullar və yağ tərkibinə görə icazə verildiyi miqdarda qoz, fındıq;

Omega 3 yağ turşuları ilə zəngin qidalar - kətan və digər toxum yağlar, tuna, qızılbalıq, skumbriya kimi yağlı balıq növləri;

Sinklə zəngin qidalar - hinduşka əti, paxlalılar, gərzəkli meyvələr, tam taxıllılar;

Gərzəkli meyvələr - təbii yağa sahib olmaq xüsusiyyətindən əlavə, balanslı şəkildə istehlakı qandakı şəkər miqdarını tənzimləyir.

Qırmızı meyvələr - xüsusilə II tip diabet xəstələri üçün insulin sintezinə kömək edir və I tip diabet xəstələri üçün qan şəkərini balanslaşdırmaqda çox vacibdir.

Selen - tam taxıllı bitkilər, günəbaxan tumunda rast gəlinir.

Süd və süd məhsulları - xüsusilə II tip diabet xəstələri üçün olduqca faydalıdır. Mədə-bağırsaq sistemini də aktivləşdirir.

Çay - tərkibində yüksək miqdarda antioksidant olduğu üçün qan şəkərini tənzimləməyə kömək edir.

Flavonoidlər - qara və yaşıl çayda, sitrus meyvələrində çox miqdarda rast gəlinir.

Göbələk - orqanizmdəki infeksiyalara qarşı mübarizə üçün sitokin istehsalını artırır.

Bol miqdarda su içmək - mədə-bağırsaq sistemi üçün, eyni zamanda virus mənşəli qriplərə qarşı olduqca vacibdir.

Toyuq supu - sağlam protein tərkibinə görə çox əlverişlidir.

Soğan, sarımsaq, sarıkök, zəncəfil kimi məhsullar qan şəkərini tənzimləməyə, xolesterolu balanslaşdırmağa kömək edir.

Qəlyanaltı vərdişi - Diabet xəstələri ümumiyyətlə ac qalmamalı, hətta mümkün olduqca qəlyanaltı vərdişləri də qazanmalıdırlar.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə