Təqvim
AQTA: Qida və kənd təsərrüfatı məhsullarının xarici ticarət dövriyyəsində heç bir məhdudiyyət tətbiq olunmayıb
16 aprel 2020 - 14:59

Ümumdünya Ticarət Təşkilatı (ÜTT), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə əlaqədar ərzaq məhsullarının ticarəti ilə bağlı 31 mart 2020-ci il tarixdə birgə bəyanat imzalamışdır. Bəyanatda qida təhlükəsizliyinə dair əsaslandırılmamış fikirlərlə bağlı ölkələrin ərzaq məhsullarının ticarəti üzrə COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyəti azaltmaq, ümumilikdə həmin məhsulların xarici bazarlarda dövriyyəsi məqsədilə məhdudiyyət tətbiq etməmək tövsiyə olunmuşdur. Bundan əlavə, 30 mart tarixində G20 ölkələrinin ticarət üzrə nazirləri tərəfindən verilmiş bəyanatda COVID-19 ilə mübarizə üçün qabaqlayıcı lazımi tədbirlərin vacibliyi ilə yanaşı, ticarətdə zəruri olmayan maneələrin yaranmaması, qlobal təchizat zəncirinin pozulmaması və ÜTT qaydalarına uyğunluğu əksini tapmışdır.

Onu da qeyd edək ki, Avropa  Qida Təhlükəsizliyi Qurumu tərəfindən verilən məlumata əsasən, qida və kənd təsərrüfatı məhsullarının COVID-19 virusunun mənbəyi olmasında və ya ötürülməsində hər hansı roluna dair heç bir dəlilə rast gəlinməyib. Bu səbəbdən Avropa İttifaqı heyvan, bitki və onlardan əldə olunan məhsullara heç bir ticarət məhdudiyyətinin qoyulmadığını bəyan etmişdir.  Belə məhdudiyyətlərin genişləndirilməsinin  ərzaq təhlükəsizliyi nöqteyi-nəzərindən, xüsusilə pandemiyadan əziyyət çəkən ölkələrə mənfi təsirləri ola biləcəyi qeyd olunmuşdur. 

Qeyd edək ki, hazırda ölkəmizin xarici dövlətlərlə bir çox sahələrdə, eyni zamanda ticarət sahəsində sıx münasibətləri mövcuddur. İdxal-ixrac əməliyyatlarının istər həcminə, istərsə də əmtəə strukturuna əsasən dünyanın əksər ölkələrilə geniş ticarət münasibətləri qurulub. Pandemiyanın Azərbaycan iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə müvafiq tədbirlər görülür. Əhalinin qida məhsulları ilə təchizatında sahibkarların səmərəli fəaliyyəti üçün dəstək tədbirləri həyata keçirilir.
Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ərzaq məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, qida və kənd təsərrüfatı məhsullarının xarici ticarət dövriyyəsində heç bir məhdudiyyət tətbiq edilməmişdir və onlar qanunvericiliyin tələbləri çərçivəsində öz fəaliyyətlərini davam etdirə bilərlər.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə