Təqvim
Naxçıvan Qarnizonu Qoşunlarında məzunların xidmət yerlərinə yola salınması mərasimi keçirilib - VİDEO
04 aprel 2020 - 12:33

Naxçıvan Qarnizonu Qoşunlarında peşəkar hərbçilər hazırlayan ixtisas kursları başa çatıb. Kursları uğurla bitirənlər xidmət yerlərinə yola salınıblar.
Zabit, gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarında kursantlarla ümumqoşun və ixtisas hazırlıqlarından məşğələlər keçirilib. Məşğələlərdə əsas diqqət şəxsi heyətə hərbi-nəzəri biliklərin və praktiki vərdişlərin öyrədilməsinə yönəldilib.
Kursları uğurla başa vuran məzunların növbəti xidmət yerlərinə yola salınması münasibətilə keçirilən mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən polkovnik Mehman Gülməmmədov bildirib ki, kursantlar müxtəlif növ atıcı və iriçaplı silahlardan praktiki atışlar, müxtəlif zirehli tank texnikalarından sürücülük və atış çalışmalarını yerinə yetiriblər. Məzunların əksəriyyəti kursları əla qiymətlərlə başa vurublar.
Məzun Şahmar Şıxəliyev kurslarda qazandığı bilik və bacarıqları xidmət yerlərində peşəkar hərbçi kimi tətbiq edəcəklərinə söz verib.
Naxçıvan Qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev şəxsi heyəti təbrik edərək bildirib ki, muxtar respublikamızda Vətənə sədaqətli, peşəkar hərbçi kadrların hazırlanması məqsədilə müxtəlif hərbi ixtisaslar üzrə hazırlıq kursları təşkil olunur. Bu kursları uğurla başa vuran gənclərimiz Əlahiddə Ümumqoşun Orduda, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında şərəfli xidmətləri ilə seçilirlər. İnanırıq ki, hər zaman dövlət qayğısını üzərində hiss edən məzunlarımız da xalqdan güc alaraq və xalq-ordu birliyindən ruhlanaraq Vətənimizin müdafiəsində ayıq-sayıq dayanacaqlar.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, ötən tədris ilində olduğu kimi bu il də ehtiyat zabit hazırlığı kursunu bitirən məzunlardan bir qrupu ümumtəhsil məktəblərində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edəcək. Tam orta məktəblərimizdə şagirdlərin vətənpərvər ruhda yetişdirilməsi üçün yaradılan şəraitin nəticəsidir ki, hər il yüzlərlə gənc Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq üçün müraciət edir. Bu gün məzun olan hərbi rəhbərlər də şagirdlərdə hərb sənətinə maraq yaratmalı, gəncləri hərbi xidmətə yüksək səviyyədə hazırlamalıdırlar.
Çıxışların ardından məzunlara rütbə, sertifikat və hədiyyələr təqdim edilib, nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.
Xatirə lövhələrinə buraxılış emblemləri vurulduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə