Təqvim
Biz sizə minnətdarıq, Gülağa müəllim!
17 mart 2020 - 17:55:00

Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin 23 oktyabr 2007-ci il tarixli sərəncamı ilə Gülağa Qənbərov Xeyriyyə Fondunun təsis etdiyi təqaüdlərə layiq olan aspirantları müəyyən etmək məqsədilə müsabiqə elan edilmişdi.

Müsabiqədə AMEA-nın 16 institundan 30 aspirant iştirak etmişdir. 2007-ci il noyabrın 23-də Müsabiqə komissiyasının iclası keçirilmişdir. Komissiyanın qərarı ilə adları aşağıda qeyd olunan 5 aspirant Gülağa Qənbərov Xeyriyyə Fondunun təsis etdiyi təqaüdlərə layiq görülmüşdir:

Bəşirov Samir Sərdar oğlu, 16 fevral 1981-ci ildə Leninqrad indiki SanktPeterburq şəxərində anadan olub. 2006-ci ildə Geologiya İnstitutu nəzdində 25.00.17 “Neft və qaz yataqlarının işlənilməsi və istismarı” ixtisası üzrə əyani aspiranturaya daxil olub. “Palçiq Pilpiləsi yatağı timsalında qeyrinyuton xassəli neftli laylara su ilə təsirin tədqiqi” mövzusunda namizədlik dissertasiyası üzərində işləyir. AMEA-nın Geologiya İnstitutunun 70 illiyinə həsr olunmuş Gənc Alim və Tələbələrin ikinci beynalxalq konfransında “Qeyri- Nyuton xassəli neft yataqlarının işlənilmə göstəricilərinə su ilə təsirin öyrənilməsi” məruzəsi ilə çixiş eləmiş və beynalxalq dərəcəli sertifikatla təltif olunmuşdur. Elmi rəhbəri AMEAnın müxbir üzvü t.e.d. Abbasov Z.Y.

Ağalarzadə Anar Mirsəmid oğlu 1983-cü il mayın 01-də Neftçala rayonunun Züd-Ost Qoltuq kəndində anadan olub. 2002-ci ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda laborant, böyük laborant və kiçik elmi işçi kimi çalışır. 2006-cı ildən həmin İnstitutun aspirantıdır. “Leylatəpə arxeoloji mədəniyyətinin keramikası” mövzusunda namizədlik dissertasiyası üzərində işləyir. 2 monoqrafiya və 25-ə yaxın elmi məqalələri nəşr olunub. Elmi rəhbəri tarix elmlər namizədi Nəcəf Musebeyli.

 

Qəribov Emin Nazir oğlu 1983-cü ildə Azərbaycan Respublikası Göyçay şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda “Neft kimyası” ixtisası üzrə əyani aspiranturaya qəbul olunub. Hal-hazırda Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik V.M.Fərzəliyevin rəhbərliyi altında həmçinin Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları laboratoriya rəhbəri, professor M.A.Allahverdiyevin nəzarəti ilə üzərində çalışdığı dissertasiya işinin mövzusu “Tsiklik tiokarbamidlərin sintezi və onların antioksidləşdirici xassəsi” istiqamətindədir. 1 məqaləsi və 1 tezisi çap olunub.

Nağıyev Cəlal Əhədbala oğlu 20 dekabr 1983-cü ildə Neftçala rayonunda anadan olub. 2006-cı ildə AMEA Radiasiya Problemləri İnstitutunda Yüksək Enerjilər Kimyası ixtisası üzrə aspiranturaya daxil olub. “Təbii seolitlər və bəzi sintetik sorbentlərlə məhluldan radium, uran və toriumun sorbsiyası və qamma şüaların sorbentlərin sorbsiya qabiliyyətinə təsirinin tədqiqi” mövzusunda k.e.d., prof. Qəribov Adil Abdulxalıq oğlunun rəhbərliyi altında tədqiqat işləri aparır. 2004 ci ildə AMEA Radiasiya Problemləri İnstitunun Radiokimya laboratoriyasında böyük laborant vəzifəsində işə daxil olub. Hazırda bu institutda Radiokimya laboratoriyasında k.e.i. vəzifəsində çalışır. 2 məqaləsi və 6 tezisi çap olunub Rəhbərləri k.e.d.,prof. Qəribov Adil Abdulxaliq oğlu və f.-r.e.n., Hüseynov Vüqar İsfənfiyar oğlu.

Rəsulova Rəna Ağaəhməd qızı 1981-ci ildə Azərbaycan Respublikası Şamaxı şəhərində anadan olub.2002-ci ilin oktyabr ayından Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitunun “Alistik birləşmələr” laboratoriyasında kimyaçı vəzifəsində işləyir. 29 dekabr 2006-cı ildə AMEA-nın Neft-kimya Prosesləri İnstitunun aspiranturasının əyani şöbəsinə qəbul olunub. “Karkas quruluşu tsikloolefin karbohidrogenləri əsasında akril turşuları mürəkkəb efirin sintezi və oliqomerləşməsi” mövzusunda k.e.d., Məmmədov Mərkəz Kərəm oğlunun rəhbərliyi altında tədqiqat ışləri aparır. 5 elmi məqalənin və 4 tezisin müəllifidir. Onlardan 2 məqalə və 1 tezis xarici jurnallarda dərc olunub.

Yuxarıda qeyd olunan aspirantlar Azərbaycan elmin inkişafına gostərdiyi qayqiya görə Gülağa Qənbərov Xeyriyyə Fonduna, xususən Gülalağa müəllimə həmçinin AMEA-nın prezidenti akademik Mahmud Kərimova, Müsabiqə komissiyasının rəhbəri akademik Akif Əlizadəyə və Müsabiqəni keçirib, seçimində iştirak edən hörmətli alimlərimizə böyük təşəkkürlərini bildirirlər.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Həyat tərzi
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə