Təqvim
Azərbaycan alimi koronavirusla bağlı tədqiqatlar aparır
20 fevral 2020 - 12:55

Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov Türkiyədə koronavirusla bağlı tədqiqatlar aparır.
AMEA-dan verilən məlumata görə, alim tədqiqatlar nəticəsində koronavirusa qarşı hədəf zülallarını müəyyən edib. Bu yaxınlarda zülalların bitki yarpaqlarının hüceyrələrinə köçürülməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu hüceyrələrdə virusa qarşı vaksinin istehsal olunma ehtimalı yüksəkdir.
Qeyd edək ki, Tərlan Məmmədov, həmçinin hüceyrə daxilində enzimatik deqlikozlaşma texnologiyasından istifadə etməklə dünya üzrə ən çox insan xəstəliyinə və ölümünə səbəb olan malyariyaya qarşı vaksin hazırlayıb. Alim əldə olunan vaksinin milyonlarla insanın həyatını xilas edəcəyini bildirir: “Bu vaksinin kliniki sınaqlarda istifadəsi artıq Türkiyə hökuməti tərəfindən dəstəklənir”.
Bununla yanaşı, azərbaycanlı alim 5-7 mart 2020-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək Beynəlxalq Biotexnologiya Konqresində “Hüceyrə və gen əsaslı peyvəndlər” bölməsində malyariya əleyhinə təklif etdiyi vaksinlə bağlı məruzə ilə çıxış edəcək. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə