Təqvim
“Hər birimiz Həziyik, hər bir əmrə hazırıq!” devizi altında vətənpərvərlik tədbiri keçirilib
03 mart 2020 - 17:07

“Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Tədbirlər planı çərçivəsində cəbhəyanı bölgədəki hərbi hissələrdən birində “Hər birimiz Həziyik, hər bir əmrə hazırıq!” devizi altında vətənpərvərlik tədbiri keçirilib.
Növbəti təlimi uğurla başa vuran tankçılar fasilə zamanı bir yerə toplaşaraq iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun xatirəsini ehtiramla yad edib və xalqımızın qəhrəman oğlunun, unudulmaz sərkərdənin davamçıları olaraq Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını bəyan ediblər.
Tankçılar qarşısında çıxış edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani bildirib ki, respublikamızın bütün bölgələrində, eləcə də Həzi Aslanovun faşist işğalından azad etdiyi keçmiş ittifaqın şəhər və rayonlarında xalqımızın yetirdiyi görkəmli sərkərdənin yubileyi təntənə ilə qeyd edilir. Prezidentin bu tarixi Sərəncamı bütün xalqımız kimi Azərbaycan Ordusunun şəxsi heyətinin də böyük ruh yüksəkliyinə səbəb olub.
A.Qurbani Böyük Vətən müharibəsi cəbhələrində “Cinahlardan zərbə ustası” kimi tanınan Həzi Aslanovun hərbi elmi məqalələri və hərb tarixindəki yenilikləri barədə ətraflı məlumat verib və bu yeniliklərin bu gün də tankçılarımızın müasir orduda istinad etdiyi, peşə təcrübəsindən bəhrələndiyi bir mənbə kimi səciyyələndirilib.
Polkovnik Elşad Əbilov orta məktəbdə oxuduğu illərdə qəhrəmanın Lənkəran şəhərindəki ev muzeyində olduğu günü xatırlayaraq deyib: “Mənim hərbi peşəyə marağım məhz Həzi Aslanovun ev muzeyini ziyarət etdiyim gündən başlandı. Söz verdim ki, mən də zabit olacam, öz həyatımı Vətənə xidmət peşəsinə həsr edəcəyəm. Tale elə gətirdi ki, mən Latviya respublikasında Sovet İttifaqı marşalı S.S.Biryüzov adına Riqa Ali Hərbi Siyasi Məktəbinə daxil oldum. Həzi Aslanovun Belarusiyadakı uğurlu döyüşlərdən sonra Birinci Pribaltika cəbhəsində tank briqadasına komandirlik etdiyi və Liepaya şəhərində həlak olduğu barədə məlumatım var idi. Digər azərbaycanlı kursantlarla həmin şəhərə getdik, generalın müəmmalı şəkildə həlak olduğu yeri ziyarət etdik və söz verdik ki, Həzi Aslanov kimi doğma Azərbaycanımıza həmişə başucalığı gətirəcək, xalqımızın yüksək mənəvi, iradi keyfiyyətlərə malik olduğunu bütün dünyaya göstərəcəyik. Mən artıq arzuma çatmışam. Həzi Aslanovun bütün həmyerliləri də cəbhə bölgələrində Vətən torpaqlarının keşiyində durmaqdan böyük qürur duyur və fəxr edir”.
2016-cı ilin aprel döyüşlərində göstərdiyi şəxsi şücaətə və qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi xidmətlərə görə “İgidliyə görə” medalı ilə təltif olunmuş igid tankçı Paşa Mehdiyev nəzərə çatdırıb ki, bu gün Azərbaycan Ordusunda Həzi Aslanov kimi peşəkar tankçılar yetərincədir. Onlar xalqımıza qələbə sevincini yaşadan Aprel döyüşləri zamanı Həzi Aslanovun layiqli davamçıları olduqlarını bir daha təsdiq etdilər. Biz tankçılar sanki döyüşə deyil, toya-bayrama gedirdik. Düşmənlər silah-sursatlarını, yaralı döyüşçülərini geridə buraxaraq qaçmağa məcbur olmuşdular. Həmin döyüşlərdə göstərdiyi igidliyə görə “Vətən uğrunda” medalı ilə təltif olunan komandirimiz Vilayət Quliyev Həzi Aslanovun hərbi fəndlərindən çox məharətlə istifadə etdi. Gizir Azad Mərdəliyev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Tofiq Babayev və Cavad Cavadov əsl qəhrəmanlıq nümunələri göstərdilər. Biz hər birimiz Həziyik. Peşəkarlığımızı, nəzəri bilik və praktiki vərdişlərimizi durmadan artırır və hər an Ali Baş Komandanın əmrlərinə hazırıq!.
Həzi Aslanov haqqında “Həzilər yurdu”, “Tankçılar marşı” ifa olunub, əfsanəvi sərkərdə haqqında şeirlər söylənilib və “Hər birimiz Həziyik, hər bir əmrə hazırıq!” nidaları altında vətənpərvərlik tədbiri sona yetib. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə