Təqvim
Ev almaq istəyənlərə bəd xəbər - Qiymətlər bahalaşıb
14 yanvar 2020 - 15:34

Ötən il dekabr ayında Azərbaycanın daşınmaz əmlak bazarında demək olar ki, bütün göstəricilər üzrə nisbi artımlar qeydə alınıb.
AZpress.AZ
 xəbər verir ki, bu barədə "Report"a "Əmlak" Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı məlumat verib.
Onun sözlərinə görə, xüsusilə son üç ay ərzində bazarda dinamiklik yüksəlib: "Oktyabr və noyabr aylarında yaranan aktivlik ilin sonunda qiymətlərə təsir göstərib. Dekabr ayı ərzində təkrar mənzil bazarında qiymət artımı 1,1%, ilkin mənzil bazarında 2,3%, torpaq bazarında 1%, kommersiya obyektlərində isə 0,7% təşkil edib. Dekabr ayında noyabrla müqayisədə bazara müraciət edənlərin də sayında 3%-ə yaxın artım olub. Daşınmaz əmlakın orta ekspozisiya müddəti 4%-ə qədər azalıb.
Dekabr ayı kirayə mənzil bazarında qiymət dəyişməsinin xarakterik olmadığı bir dövrdür. Qış aylarında kirayə mənzil bazarında kəskin qiymət artımı yalnız şəhərsalma ilə əlaqədar bir sıra ərazilərdə söküntü işləri artanda baş verir. Hazırda isə belə bir proses getmədiyi üçün kirayə mənzil bazarında qiymətlər stabildir.
Kommersiya obtyektlərində son dövrlərdə, xüsusilə ucuz kommersiya obyektlərində likvidlik əmsalının artımı müşahidə olunur. Təqribən dəyəri 250 min manatdan aşağı və gəlirlilik dərəcəsi 5% və ondan artıq olan kommersiya obyektlərinin ekspozisiya müddəti aşağı düşüb, likvidliyi isə artıb.
2019-cu ilin dekabr ayında 2018-ci ilin müvafiq dövrü ilə də müqayisədə ayrı-ayrı sahələr üzrə qiymətlərdə artım müşahidə olunub. İlkin mənzil bazarında 13,5%, təkrar mənzil bazarında 9%-dən bir qədər artıq, torpaq bazarında 11%-dən bir qədər çox, fərdi yaşayış evlərində 7,8%, qeyri-yaşayış sahələrində isə 7%-dən yuxarı qiymət artımı baş verib.
Nisbi qiymət artımlarının olmasına baxmayaraq, bütövlükdə bazarı dekabr ayı üçün stabil qiymətləndirmək olar. Bazardakı qiymət dəyişmələri demək olar ki, ümumi iqtisadiyyata adekvat olub.
Rayonlar üzrə mənzil bazarında Nərimanov, Xətai, Binəqədi rayonlarında qitymətlər artıb. Həmin rayonlar üzrə qiymət artımları müvafiq olaraq 2%, 1,1% və 1,6% təşkil edib. Səbail, Nəsimi, Yasamal və Xəzər rayonlarında qiymətlər stabil qalıb. Sabunçu, Pirallahı və Suraxanı rayonlarında isə qiymətlərin nisbi azalması müşahidə edilib. Azalmalar həmin rayonlar üzrə müvafiq olaraq 0,7%, 1,3% və 1,1% təşkil edib.
Araşdırmalar göstərir ki, ilkin mənzil bazarında qiymətlər daha çox şəhər mərkəzinə yaxın olan ərazilərdə artır. Ötən il ərzində bu tendensiya daha çox şəhərsalma və tikinti işləri ilə bağlı bir sıra qərarların qəbulu və inzibati tədibrlərin həyata keçirilməsindən asılı olub. Odur ki, ilin sonuna doğru şəhər mərkəzindəki yeni tikililərdə daha çox qiymət arıtmı meydana gəldi. Lakin tikililər üçün aktiv ərazilər əsasən şəhərin 7-ci zonasından 12-ci zonasına qədər olan yerlər hesab olunur. Məsələn, "Həzi Aslanov”, "Əhmədli”, "Neftçilər”, "Qara Qarayev” metrostansiyalarına yaxın, eyni zamanda mikrorayonlar, Binəqədi və Biləcərinin bəzi ərazilərində, həmçinin Xırdalan, Masazır kimi ərazilərdə yeni tikililərə tələbat daha çoxdur. Amma ilkin mənzil bazarında qiyməti konkret olaraq tələb və təklif faktoru müəyyən etmədiyinə, bu proses investorların nəzarətində olduğuna və qiymət siyasətini bilavasitə onlar həyata keçirdiyinə görə şəhər mərkəzində qiymətlərin daha çox artımı müşahidə olunub". 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə