Təqvim
Məktəb direktoru olmaq istəyənlərlə bağlı açıqlama : İkinci mərhələni keçə bilmirlər
28 avqust 2019 - 14:19

2019-2020-ci tədris ili üçün direktor vəzifəsi üzrə kifayət qədər vakant yerə peşəkar və səriştəli direktorlar təyin edəcəyik.

Bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə, gənc müəllim və direktorların sayı artıb:

“Amma ümumilikdə götürsək, orta yaşlı namizədlər çoxluq təşkil edir. Direktor olmaq üçün mövcud qanunvericiliyə əsasən, namizədin beş il pedaqoji stajı olmalıdır və bununla bağlı bir çox namizəd, hətta stajı az olan namizədlər də müraciət edib.

Biz onların elektron ərizəsinə imtina vermişik. Ümumilikdə müsabiqələrə qatılan şəxslər artıq stajlı, təcrübəli namizədlərdir. Təhsil Nazirliyinə direktor olmaq istəyən 3403 namizəd elektron qaydada müraciət edib. Müraciət edənlərdən 1800-ə yaxın namizəd müsabiqənin test imtahan mərhələsində iştirak edib. Bu, əvvəlki illərin statistik rəqəmlərinə görə daha çoxdur”.

Şöbə müdiri qeyd edib ki, test imtahanında iştirak edən namizədlərdən təxminən 800 nəfərə yaxını müvafiq keçid balını toplayıb.

“Keçid balını toplayan bütün namizədlər mərhələli şəkildə müsabiqənin yekun müsahibə mərhələsinə dəvət olunacaq. Hazırda bizdə vakant yerlərin çoxluq təşkil etdiyi şəhər və rayonlar var ki, ilk olaraq onlardan başlamışıq.

Ötən həftə artıq 150 nəfərə yaxın namizəd müsahibə mərhələsində iştirak edib. Bu həftənin son üç günü ərzində də müsahibələr təşkil olunacaq.

Müsahibə mərhələsindən bütün iştirakçılar keçmir, hətta bəzən keçid balından artıq bal toplayan namizədlər də müsahibə mərhələsində özlərini yetərincə, lazımi səviyyədə göstərə bilmirlər, onlarla bağlı, təbii ki, qərar mənfi olur.

İldən-ilə dəyişən odur ki, namizədlərin həm test imtahanı nəticələri, həm müsahibədə göstərdikləri bilik və bacarıq əvvəlki illərlə müqayisədə, daha qaneedicidir. Artıq nazirlik tərəfindən ancaq yekun, müsahibə mərhələsi təşkil olunur. Sadəcə olaraq, namizəd sayının çox olduğu nəzərə alınaraq, bunu mərhələli şəkildə həyata keçiririk.

Dediyim kimi, ilkin olaraq vakant yerlərin daha çox olduğu şəhər və rayonlardan başlayırıq. Çünki onlarda daha zəruridir ki, yeni tədris ilindən o məktəblərə direktorlar təyin olunsun”, – deyə nazirlik rəsmisi qeyd edib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə