Təqvim
Ağcabədi rayon Boyat və Biləğan kəndlərinin sakinləri ilə səyyar qəbul-görüş keçirilmişdir.
21 avqust 2019 - 12:06

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi rayon Boyat kəndində Boyat və Biləğan kəndlərinin sakinləri ilə səyyar qəbul-görüş keçirilmişdir.Görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov sakinləri salamlayaraq 30 aprel 2019-cu il tarixdə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının keçirildiyini bildirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri barədə, Strateji Yol xəritələrində 2016-2018-ci illər ərzində görülmüş işlər və 2019-2020-ci illər ərzində görüləcək işlər barədə, qaz limitinin 1700 m3-dən 2200 m3-dək artırılması barədə əhaliyə məlumat vermişdir. Eyni zamanda respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır. Keçirilən görüşdə çıxış edən sakinlər son illərdə Ağcabədi rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirərək göstərilən davamlı diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə ediblər.Qəbulda kənd sakinlərindən Elşən Quliyev,Məryəm Sadıqova ,Tofiq Hüseynov və Minayə Rüstəmovanın su təchizatı, sosial müdafiə, məşğulluq məsələləri, yol, kənd təsərrüfatı, torpaq məsələləri ilə bağlı təkliflərinin hər biri barədə aidiyyatı təşkilatların rəhbərinə tapşırıqlar verildi, qaldırılmış bir sıra məsələlər elə qəbul zamanı öz həllini tapdı

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə