Təqvim
Cümhuriyyət ordusunda “hərbi molla” vəzifəsi təsis olundu
09 avqust 2019 - 21:02

Azərbaycan Cümhuriyyəti elan edildikdən sonra dövlətin dini siyasəti xüsusi istiqamətdə aparılırdı. Bu işə Nəsib bəy Yusifbəyli nəzarət edirdi. Yeni dövlətdə dini liderlərin rolu artdı, təcili milli ordu yaradıldı, hərbi hissələrdə “hərbi molla” vəzifəsi təsis olundu. Respublika rəhbərliyi bu məsələyə xüsusi önəm verdi və ciddi nəzarətdə saxladı.

Hərbi din xadimlərinin fəaliyyətinə nəzarət isə Müdafiə Nazirliyi və dini idarə tərəfindən həyata keçirilirdi. Bu ştat komandirin müavini hesab olunurdu. Alayda bu işi molla həyata keçirirdi. Əsas şərt dini təhsil idi. Daha bir tələb o idi ki, bu adam döyüşçüləri arxasınca apara bilsin. Həmçinin Hərbi mollanın vəzifəsi natiq, həm də təbliğatçı kimi tanınmaq idi. Şərtlərdən biri də həmin şəxsin 25 yaşdan aşağı olmaması, dini təhsillə yanaşı tanınan islam xadimlərinin xəsiyyatnaməsini almalı idi.

Orduda bütün hüquqi məsələrinin həllini də şəriət məhkəməsi həyata keçirirdi. Azərbaycan ordusunun əsgərlər və zabitləri hərbi geyimlə yanaşı milli papaq mütləq qoymalı idi. Din xadimlərinin düşüncəsinə görə milli papaqda olan əsgər Allaha və Vətənə daha sadiq ola bilərdi. Hərbi mollalar əsgərinin İbadətlərin təşkili ilə yanaşı, tədrisi ildə məşğul olurdu. Döyüş zamanı şəhid olan əsgər hərbi molla və onun köməkçiləri tərəfindən islami qaydada yuyulur, kəfənlənir və dəfn edilirdi.

Hərbi mollalar döyüş öncəsi Allaha dua edir, əsgərlərə müsbət motivasiya qazanmaqda kömək edirdi. Ümumi namaz zamanı hərbi molla dəstənin başında dururdu. O, əsgərlərə nəinki din dərsi, tarix, mədəniyyət, milli və digər mövzularda söhbətlər edirdi.

Hərbi mollaların təklifi ilə həftənin cümə günləri əsgərlərə və zabitlərə dincəlmək hüququ verildi. Hökumət hər hansı qərar qəbul edərkən din xadimləri ilə məsləhətləşir, onların tövsiyyələrini nəzərə alırdı. Xüsusilə şəriət məhkəmələri hökumət yanında sözü keçərli idi. Hətta çar ordusunda, ikinci dünya müharibəsi illərində Almaniya tərəfində vuruşan legionerlərin içərisində belə hərbi molla vəzifəsi olub.Ednews.net

Zaur Əliyev, dosent

 

 

 

 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə