Təqvim
...harınlıqları ilə meydan oxuyurlar... - Mübariz Mənsimov yazır..
29 iyul 2019 - 16:42

Son zamanlar istər sosial media, istər elektron və ya normal mektub vasitəsi ilə, hətta dostlardan belə mənə narazılıq mesajları gəlir.

Nəymiş, kiməsə kömək etdim, kiməsə yox. Əzizlərim, mən sizin hamınıza kömək edə bilmərəm.

Sizə Allah kömək olsun! Mən bir daha deyirəm ki, bura bir özəl şirkətdir.

Düzdü, qazandığım ruzunu Uca Allah veribsə, əlbət ki, hamınızın haqqı var bir şeylər tələb etməyə.

Amma mən bir şeyi anlamıram ki, niyə öz haqqınızı dövlət məmurlarından deyil də məndən cox sərt şəkilde tələb edirsiniz? Bu qədər məni tənqid etməkdənsə doğru yöndə qanuni olaraq öz haqlarınızı müdafiə edin. Biz cumhuriyyət qurmuş və ən qədim türk soylu bir xalqıq. Azərbaycanda Cümhuriyyət qurulanda Türkiyədə daha Osmanlı İmperiyası dövrü idi. İçim ağrayır oxuduqca sizin çarəsiz mesajlarınızı... Siz Azərbaycan vətəndaşısınız və müstəqil ölkədə yaşayırsız. Hər biriniz öz haqqınızı tələb edə bilərsiniz. İnsan oğlu həyata bir dəfə gəlir. 2 dəfə gələcək deyə şansı yoxdur. Allah o həyatı sizə əmanət olaraq verir. Əmanət olaraq verir ki, xor istifadə etmə, haqq yemə, haqqını qoru. Biz niyə belə qorxaq olduq? İllərlə bizim torpaqlarımızı ermənilər işğal etdilər, susduq, nə oldu, həmişə susduq. Bəs deyil? Dədə-babamızadan qalan söz var. Papağınızı çıxarıb, önünüzə qoyun və düşünün. 
Siz öz haqq və hüquqlarınızı bilsəniz, bundan dövlət qazanar, ölkə qazanar, Siz qazanarsız, sadəcə rüşvətxor və etdiyi oğurluqlar cəzasız qalan məmurlar itirər. Siz başınızı aşağı dikdiyiniz üçün bu məmurlar kimi övladları da imtellektləri ilə deyil, harınlıqları ilə meydan oxuyurlar hər kəsə. Onun üçün hər birimiz hüququmuzu bilməli və tələbimizi də düzgün istiqamətə yönləndirməliyik. Unutmayaq ki, cəzasızlıq cinayətlərin anasıdır. Hər cəzasız suç da özündən daha betərinin xəbərçisidir. Azərbaycanı seviriksə, öncəliklə, cinayətlərin cəzasız qalmamasına çalışmalıyıq..  

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə