Təqvim
Ramil Usubov şəxsi heyətə müraciət etdi: "İnanıram ki, Vilayət Eyvazovun rəhbərliyi ilə..."
21 iyun 2019 - 19:36

Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov daxili işlər orqanlarının şəxsi heyətinə müraciət edib.

Adalet.az-ın məlumatına görə, müraciətdə deyilir: "Əziz həmkarlar! Son 25 ildən artıq bir müddətdə sıralarında çiyin-çiyinə birgə xidmət etdiyimiz daxili işlər orqanları Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq mətinləşmiş, zamanın çətin sınaqlarından şərəflə çıxmış, Vətənə və xalqa xidmət missiyasını sədaqətlə yerinə yetirmişdir. Dövlətin Konstitusiya quruluşunun əsaslarının müdafiəsində xüsusilə fərqlənərək onun dayaqlarından birinə çevrilmiş, dəyərli ənənələr yaratmışdır.

Sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əvəzsiz diqqət və qayğısı sayəsində daha da inkişaf etmiş, müasirləşmişdir. Qloballaşan dünyanın yeni çağırış və təhdidlərinə adekvat cavab verməyə qadir olan daxili işlər orqanları bu gün xalqa, Vətənə, dövlətə və andına sadiqliyi ilə seçilir, Zati-alilərinin inam və etimadını doğruldur. Eyni zamanda, cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması sahəsində üzərinə düşən vəzifələri, qarşıya qoyulmuş tapşırıqları yüksək məsuliyyət hissi və ləyaqətlə yerinə yetirərək möhtərəm Prezidentin rəhbərliyi altında ölkəmizin ən təhlükəsiz məkanlardan birinə çevrilməsi üçün olduqca əhəmiyyətli bir fəaliyyət ortaya qoyur.

 

Ölkə Başçısının cari ilin iyun ayının 20-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi kimi yüksək və məsul dövlət vəzifəsinə təyin olunmağımla bərabər, uzun illər birlikdə çalışdığım, xalqına, dövlətinə, Prezidentinə bağlılığı və sədaqəti, böyük peşəkarlığı, idarəçilik və rəhbərlik bacarığı ilə seçilən nazirin birinci müavini polis general-leytenantı Vilayət Eyvazovun Daxili İşlər naziri təyin edilməsi məni xüsusilə sevindirdi.

İnanıram ki, Siz, Daxili İşlər naziri Vilayət Eyvazovun rəhbərliyi ilə bundan sonra da doğma Azərbaycana əzmlə xidmət edəcək, sabitliyin, vətəndaşlarımızın qanunla qorunan hüquq və azadlıqlarının keşiyində dəyanətlə duracaqsınız. Milli maraqları, dövlətçilik mənafelərini daim uca tutacaq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, xalqımızın dinc həyatının və asayişinin qorunmasına layiqli töhfələr verəcəksiniz.

 

Fəxr edirəm ki, respublikamızda əmin-amanlığın, sabitliyin bərqərar olunmasında nazir kimi mənə hər zaman yardımçı oldunuz, cəmiyyətdə polisin və Daxili Qoşunların nüfuzunun yüksəlməsi üçün səy və bacarığınızı əsirgəmədiniz. Gecəli-gündüzlü, yorulmaz və fədakar xidmətiniz daxili işlər orqanlarına xalqımız qarşısında şərəf və başıucalıq gətirdi. Bütün bunlara görə Sizin hər birinizə dərin təşəkkürümü bildirir, möhkəm can sağlığı, ailə səadəti, Azərbaycan Respublikasına xidmətdə yeni-yeni uğurlar arzulayıram".

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə