Təqvim
Coğrafiya İnstitutunun əməkdaşlarının məktəblilərə növbəti görüşü (+FOTO)
18 iyun 2019 - 13:46

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun  Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Sabunçu rayonunun şəhid Fikrət Tağıyev adına 72 saylı məktəb-liseyində fəaliyyət göstərən "Kiçik Akademiya"nın tədbirində iştirak ediblər.

Şagirdlər tarın müşayiəti ilə “Kiçik Akademiya”ya həsr etdikləri himni  səsləndiriblər. Məktəbin direktoru F.Abbasova qısa müddətdə fəaliyyətə başlamasına baxmayaraq böyük işlərə imza atan “Kiçik Akademiya” üzvlərinin fəaliyyətindən, məktəb müəllimlərinin elmi-tədqiqat işlərinin aparılmasında  şagirdlərə göstərdikləri dəstəkdən  fərəhlə söhbət açıb.

Tədbirdə çıxış edən məktəb müəllimləri şagirdlərlə birlikdə apardıqları elmi araşdırmalardan, çöl təcrübələrdən danışıblar, Coğrafiya İnstitutunun gənc alimləri ilə birgə müasir texnologiyaların tətbiqi ilə elmi araşdırmalar aparmaq, kompüter proqramları vasitəsilə yeni elmi işlərə imza atmaq arzusunda olduqlarını vurğulayıblar.

Şuranın sədri, c.ü.f.d. Samirə Ələkbərova şagirdləri maraqlandıran sualları cavablandırıb, gələcəkdə şagirdlərlə birlikdə apara biləcəkləri tədqiqat işlərindən danışıb, İnstitut rəhbərliyi adından məktəb kitabxanasına çoxsaylı kitablar hədiyyə edib.

İnstitutun elmi katibi, c.ü.f.d., dosent Zərnurə Həmidova ona ünvanlanan suallara böyük  həvəslə cavablar verib, müasir texnologiyaların tətbiqi ilə elmi təhlillər aparmağın yollarından, yeni tədqiqat metodlarından danışıb.

İnstitutun böyük elmi işçisi, c.ü.f.d. Sevinc Məmiyeva aktual problem olan ətraf mühitin çirklənməsindən danışıb, şagirdlərə ekologiyanı qorumağın yollarını izah edib, canlı orqanizmlərin varlığı üçün ətraf mühiti təmiz saxlamağın vacibliyini  önə çəkib.  

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə