Təqvim
Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzində 15 iyun-Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib +FOTOLAR (AZpress.AZ, B.Ağaddin)
14 iyun 2019 - 00:57

Canveten.az xəbər verir ki, Ombudsmanın Cəlilabad Regional Mərkəzi, Cəlilabad Rayon Gənclər və İdman İdarəsi və Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzinin birgə təşkilatçılığı ilə 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Azpress.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan Peşə Təhsili Mərkəzinin direktoru Etibar Sadıqov bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra respublikamız düşdüyü bəlalardan xilas olub, inkişaf və tərəqqi yoluna qədəm qoyub. Məhz Ulu Öndərin səyləri nəticəsində qısa müddətdə ölkəmizdə vətəndaş qarşıdurması aradan qaldırılıb, cəmiyyət həyatının bütün sahələrini əhatə edən uğurlu islahatların həyata keçirilməsi təmin edilib. 

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov isə çıxışında vurğulayıb ki,  dünya şöhrətli ictimai-siyasi xadim, müdrik dövlət başçısı Heydər Əliyev bütün şüurlu həyatını xalqının yaşamasına, Azərbaycanın tərəqqisinə həsr edib. 1993-cü il iyunun 15-də müdrik siyasətçinin, təcrübəli dövlət xadiminin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan tarixinin Heydər Əliyev dövrü özünün yeni mərhələsinə qədəm qoyduğunu diqqətə çatdıran natiq bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandığını, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesinin başlandığını xüsusi qeyd edib. Z.İsmayılovun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi ölkənin formalaşdırılmasına hesablanmışdısa, onun ikinci hakimiyyəti əsl qurtuluş erasını yaratdı. Müdrik rəhbərin insan hüquqları sahəsinə verdiyi önəm, bununla bağlı imzaladığı fərman və sərəncamlar xalqın mənafeyində mühüm əhəmiyyət kəsb etdi.

Tədbirdə çıxış edən Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov diqqətə çatdırıb ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Onun sözlərinə görə, qədirbilən xalqımız Ulu Öndərin Azərbaycan dövləti və millətinin xoşbəxt gələcəyi naminə gördüyü işləri heç zaman unutmayacaqdır. Çünki bugünkü müstəqil, güclü Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. Bu gün Ulu Öndərin siyasi xətti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  

  Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.                                                                                                                                                                                                                                                          

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə