Təqvim
«Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində» mövzusunda «dəyirmi masa» keçirilib ViDEO+FOTOLAR( AZpress.AZ - A.Məhərrəm)
22 may 2019 - 20:13

TƏDBİRƏ AİD GENİŞ VİDEO-REPORTAJ HAZIRLANIR...

 

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində» mövzusunda «dəyirmi masa» keçirilib.

Toplantını giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, bir qayda olaraq Azərbaycandakı bütün mötəbər toplantılar, idman yarışları vaxtı ölkəmizə münasibətdə mənfi rəy yaratmaq yolu seçilir. Eyni xoşagəlməz tendensiya yenə nəzərə çarpmaqdadır. Bu, mayın 29-da UEFA Avropa liqasının finalının Bakıda keçirilməsi ilə əlaqədardır. «Dünyanın bir sıra kütləvi informasiya vasitələrindəki, əsasən də Britaniya mediasındakı təqdimatlarda insanlarda ölkəmizlə bağlı bir növ, qorxu yaradılır. Azərbaycanın imici barədə mənfi rəy formalaşdırılır», - deyən Ə.Amaşov Azərbaycanın media ictimaiyyətinin məsələyə adekvat münasibətinin vacibliyini önə çəkib və rəhbərlik etdiyi qurumun təşkil etdiyi toplantının məqsədinə bu baxımdan aydınlıq gətirib.

Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri - «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, «Teleqraf Holdinq»in rəhbəri Aynur Camalqızı, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev, Azər Həsrət, həmçinin Şuranın sədr müavini Müşfiq Ələsgərli ölkəmizlə bağlı yaradılmış mənfi rəyi ümumən Azərbaycana qarşı aparılan informasiya siyasətinin tərkib hissəsi kimi dəyərləndiriblər. Onlar bildiriblər ki, ölkəmizdə aparıcı beynəlxalq şirkətlərin nümayəndəlikləri var və bu nümayəndəliklərdə dünyanın dörd yanından əcnəbilər çalışmaqdadırlar. İndiyədək bu şəxslərin heç biri ilə bağlı insidentin qeydə alınmadığı halda qərəzli fikirlərin gündəmə gətirilməsi məkrli mahiyyət daşıyır. Buna münasibətdə bütövlükdə Azərbaycan cəmiyyəti kimi, mediası da öz mövqeyini ortaya qoymalıdır. Çıxış edənlər həmçinin bildiriblər ki, beynəlxalq tədbirlərin, böyük idman yarışlarının təşkilində təcrübəyə malik Azərbaycan UEFA Avropa liqasının final oyununa da evsahibliyini layəqətli şəkildə həyata keçirəcəkdir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə