Təqvim
Qarşılıqlı əməkdaşlıq tibb sahəsindəki yeniliklərin geniş şəkildə tətbiqinə şərait yaradacaq
03 may 2019 - 23:40

Canveten.az xəbər verir ki, mayın 3-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkiyənin Florence Nightingale Hastaneler Qrupunun icraçı direktoru Sinan Nazif Aran və Demiroğlu Bilim Universitetinin rektoru Çavlan Çiftçi ilə görüşüb.

Qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iki qardaş ölkənin tarixi köklərə dayanan strateji tərəfdaşlıq münasibətlərinin hər zaman yüksələn xəttlə inkişaf etdiyini bildirib.

Son illər bütün sahələrdə köklü islahatların aparıldığını, həyata keçirilən tədbirlərin dövlətimizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə, ölkəmizlə yanaşı, regionun da iqtisadi potensialının güclənməsinə təkan verdiyini diqqətə çatdıran DGK sədri bu islahatların əhaliyə göstərilən tibb xidmətlərinin də kəmiyyət və keyfiyyət baxımından yüksəlməsinə şərait yaratdığını vurğulayıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın insanların sağlamlığının qorunmasına, ölkə vətəndaşlarının keyfiyyətli tibbi xidmətlə təmin olunmasına xüsusi önəm verdiklərini vurğulayan Səfər Mehdiyev Azərbaycanda yeni xəstəxanaların inşasını və ixtisaslı kadrların hazırlanmasını bu istiqamətdə atılan addımlar kimi dəyərləndirib. Ən müasir avadanlıqlarla təchiz edilən Mərkəzi Gömrük Hospitalının da ölkə səhiyyəsinə öz töhfəsini verdiyini bildirən Komitə sədri Mərkəzi Gömrük Hospitalı ilə Florence Nightingale Hastaneler Qrupu və Demiroğlu Bilim Universiteti arasındakı üçtərəfli əməkdaşlığın tərəflər üçün faydalı olacağına əminliyini ifadə edib.

Florence Nightingale Hastaneler Qrupunun icraçı direktoru Sinan Nazif Aran və Demiroğlu Bilim Universitetinin rektoru Çavlan Çiftçi səmimi görüşə görə təşəkkürlərini bildirib, Mərkəzi Gömrük                                                                       Hospitalındakı şəraitdən məmnunluqla bəhs edərək səmərəli və işgüzar əməkdaşlığın gücləndirilməsinin, qarşılıqlı təcrübə mübadiləsinin əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artmasına, tibb sahəsindəki yeniliklərin və elmi biliklərin geniş şəkildə tətbiqinə şərait yaradacağını vurğulayıblar.

Bildirilib ki, ilkin mərhələdə qarşılıqlı şəkildə tibbi heyətin ixtisas artırma kurslarına cəlb olunması, gələcəkdə isə tibb sahəsində təhsil alan tələbələrin də bu proseslərdə iştirakının təmin edilməsi nəzərdə tutulur.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :       

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə