Təqvim
BSU-da İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib (+FOTOLAR)
26 aprel 2019 - 03:09

Canveten.az xəbər verir ki, aprelin 24-də  Bakı Slavyan Universitetində (BSU) Məktəbəqədər təlim- tərbiyə və ibtidai təhsil fakültəsinin İbtidai təhsil kafedrası tərəfindən İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş Auditoriya+ keçirilib. Budəfəki Auditoriya+un qonaqları AMEA-nın Tarix  İnstitunun əməkdaşı, professor Şahin Fazil və Azərbaycan Yazarlar Birliyinin “Xəzər” bölməsinin sədri, yazar Arif  Buzovnalı olub.

Tədbiri giriş sözü açan İbtidai təhsil kafedrasının dosenti Şükufə Ağakişiyeva kafedra tərəfindən keçirilən maarifləndirici tədbirlər barədə məlumat verib.

Söz alan professor Şahin Fazil İmadəddin Nəsimi poeziyasından bəhs edərək dahi Azərbaycan şairinin adının Yaxın Şərqdə mərdlik, fədakarlıq və iradə rəmzi kimi çəkildiyini qeyd edib, şairin şeirlərinin estetik zövqündən danışıb. Sonra yazar Arif Buzovnalının “Nəsimi və insan” mövzusunda məruzəsi dinlənilib. O, Nəsimi yaradıcılığında bütövlükdə insan gözəlliyinə və qüdrətinə heyranlığın əks olunduğunu, bu gözəlliyin və qüdrətin dünyada bütün insanlara deyil, yalnız özünü tanımış, dərk etmiş insanlara xas olduğunu vurğulayıb..

Tədbirin davamında İbtidai təhsil kafedrasının baş müəllimi Zərifə Məmmədovanın müşaiyəti ilə Məktəbəqədər təlim - tərbiyə və ibtidai təhsil fakültəsinin tələbələri Nəsimi şeirlərindən parçalar səsləndiriblər.

Sonda çıxış edən Məktəbəqədər təlim - tərbiyə və ibtidai təhsil fakültəsinin dekanı, professor Flora Naciyeva kafedra tərəfindən tələbələri maarifləndirmək istiqamətində keçirilən tədbirləri yüksək qiymətləndirib, qonaqlara və iştirakçılara minnətdarlığını bildirib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə