Təqvim
Biz hara gedirik?! - Bahəddin Həzi soruşur..
20 aprel 2019 - 14:53

Bu gün hamı bu şəkildən yazırdı. Səbəbi məlumdur. Bizdə bu tablo yoxdur. Hər nə qədər çətin sınaqlarla yaddaşlara yerləşsə belə, ideallıqdan uzaq olsa da, Türkiyə demokratiyası var, hələ ayaqdadır, ölmədi deyə sevinən, qürur duyan, qibtə hissi keçirən insanlarımızı anlayıram.

Bizdə seçkidən sonra rəqiblərin belə bir fotosunu kim görüb?
...Uzun illərdir, Türkiyənin futbol komandasının dünya və Avropa turnirlərində oyunlarına azarkeşlik edirik, Türkiyədə məşhur 15 iyul gecəsi yatmadıq; olayları həyəcanla izlədik.

Seçkisindən tutmuş maliyyə bazarlarına qədər, antiteror əməiyatlarından tutmuş musiqi yarışmalarına, realiti-şoularına qədər izləyir insanlarımız. Türkiyəni sevirik, bəlli.

 

Ancaq bu sevginin içində sevinclə yanaşı bir üzüntü də var. Çünki qardaşımızın bir çox uğurlarının bənzərini öz ölkəmizdə görə, yaşaya bilmirik. Bu şəkil də İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə seçkidə qalib və məğlub olan iki siyasi xadimin birgə çəkdirdiyi fotodur. Dünənki rəqiblərin bu gün bir-birinin əlini sıxmasına- bu paradiqmaya sevinirik, amma həm də: "Bizdə bu yoxdur" deyə üzülürük də.

Bu tablo bir yana, bizdə heç Bakı şəhər bələdiyyəsi belə yoxdur. Və bu mənzərə də, təəssüf ki, yoxdur. Əvəzində ata-anası müxalifətçi olan 14 yaşlı yeniyetmə qızın qarşısını kəsib vuran, təhqir edən şərəfsiz var (çox yaxşı ki, dərhal saxlanılıb. Çox yaxşı olardı ki, adekvat cəza alsın).

Biz nə zamana qədər pozitiv paradiqmaları qıraqda axtaracağıq?! Nə zamana qədər başqalarının göstərdiyi siyasi, ictimai mədəniyyət örnəklərinə baxıb köks ötürməliyik?!

Biz buna layiq deyilik.

Bir-birinə "satqın" damğası vuran siyasilər, bir-birinin yazısını mənimsəyib altına imza atan yazarlar, elmdə, təhsildə bir-birinin ayağının altını qazanlar, bir-birinin gizlinlərini pusanlar, qarşılıqlı təhqiri "meyxana" adı ilə sənət deyə yozanlar, bayağılığı aşıq musiqisi adı ilə toylarda satan əldəqayırma "ozanlar", yaxşını yamana, doğrunu yalana yozanlar... olaraq nə qədər, hara qədər davam edəcəyik?! Biz hara gedirik?!

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

 

 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL, QHT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə