Təqvim
BMU-da Aprel döyüşlərinin üçüncü ildönümü qeyd olunub (+FOTOLAR)
12 aprel 2019 - 22:59

Canveten.az xəbər verir ki, Bakı Mühəndislik Universitetində "Vətənpərvərlik" klubununtəşkilatçılığı ilə Aprel döyüşlərinin üçüncü ildönümünə həsr olunmuş “Vətən övladının alın yazısı” adlı tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələrlə yanaşı Aprel şəhidlərinin valideynləri, ailə üzvləri və qazilər iştirak ediblər.

Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsivə Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başlayan tədbirdə aprel döyüşlərindən bəhs edən video-çarx nümayiş olunub.

Daha sonra universitetin rektoru, professor Havar Məmmədov tədbir iştirakçılarını salamlayıb və ölkə başçısı cənab İlham Əliyevin ordumuza, şəhid ailələrinə və qazilərə olan diqqət və qayğısından danışıb. Rektor, tələbələrin vətənpərvərlik ruhda tərbiyə olunmasında ali məktəblərdə belə tədbirlərin təşkilinin vacibliyini qeyd edib.

Tədbirdə iştirak edən Aprel şəhidlərinin valideynləri və ailə üzvləri  çıxış edərək tədbirin təşkilinə və onlara olan diqqətə görə universitet rəhbərliyinə və tələbələrə təşəkkür ediblər.

Aprel döyüşlərinin qaziləri döyüşlərin canlı şahidi kimiAzərbaycan ordusunun qüdrətindən, ordunun ruh yüksəkliyindən və azad edilən strateji ərazilərin ordumuza qazandırdığı imkanları tələbələrin diqqətinə çatdırıblar.

Tədbirdə çıxışlarla yanaşı hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlının, universitetin əməkdaşı Vüqar Məmmədovun və tələbələrin ifasında mahnılar və şeirlər səsləndirilib.

Qeyd edək ki,"Aprel döyüşləri"nin 3-cü ildönümü ərəfəsində Bakı Mühəndislik Universitetinin "Vətənpərvərlik" klubunun üzvləri Sumqayıt Şəhidlər Xiyabanını və Sumqayıtda yaşayan 20 yaşlı şəhidimiz Şulan Bayramovun ailəsini ziyarət ediblər. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə