Təqvim
BSU-da Aprel döyüşlərinə həsr olunmuş film nümayiş olunub (+FOTOLAR)
05 aprel 2019 - 00:08

Canveten.az xəbər verir ki, 4 aprel 2019-cu il tarixdə Bakı Slavyan Universitetinin  konfrans zalında Milli Qəhrəman, polkovnik –leytnant, Aprel şəhidi  Murad Mirzəyevin döyüş yoluna həsr olunmuş  “Muradına  çatmayanlar – apreldən  əvvəl və sonra”  adlı sənədli filnmin nümayişi olub.

Nümayişdən əvvəl tərbiyə işləri üzrə prorektor, fil.ü.f.d. Xanım Sultanova çıxış edərək Aprel döyüşləri və onun qəhrəmanları haqqında gənclərə ətraflı məlumat verib. O deyib ki, Azərbaycanın qüdrətli ordusu Ali Baş Komandanın bircə əmri ilə işğal olunmuş bütün torpaqlarımızı azad etmək əzmindədir. O, Aprel döyüşlərini xalqımızla ordunun birliyinə ən yaxşı nümunə göstərib. X.Sultanova tələbə gəncləri həmin döyüşlərin qəhrəmanlarından nümunə götürməyə çağırıb. O, bütün zamanlarda vətən və ana sevgisinin bərabər tutulduğunu vurğulayıb. Prorektor daha sonra filmin qəhrəmanı Murad Mirzəyevin keçdiyi döyüş yolundan söhbət açıb və onun adının heç bir zaman unudulmayacağını bildirib.  

Qeyd edək ki, Mətbuat Şurasının sifarişi əsasında çəkilmiş bu 34 dəqiqəlik filmin rejissoru  BSU-nun əməkdaşı  Murad Muradovdur. Filmin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi- şöbə müdiri  Əli Həsənov, ssenari müəllifi Bəxtiyar Qaracadır.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə