Təqvim
“Soyqırımı faciələri: mərhələlər və ibrətlər”... (+FOTOLAR)
01 aprel 2019 - 14:06

Azərbaycan xalqının qürur, fəxarət qaynağı olan ­istiqlal tarixi, eyni zamanda, onun qan yaddaşı, hüzn xatirəsidir. Qədim soykökü ilə qəhrəmanlıq, igidlik salnamələrində ad çıxarmış türk xalqı XX əsrin başlanğıcında xain, fitnəkar düşmən – erməni vəhşiliyi ilə üzbəüz dayandı. Hələ 1905–1906-cı illərdə Azərbaycanın müxtəlif bölgələrində saysız azərbaycanlı qətlləri ilə ürəklərə dağ çəkən erməni qaniçənləri 1918-ci ilin mart, aprel aylarında da Bakı quberniyası və bura daxil olan Şamaxı, həmçinin Quba, İrəvan, Naxçıvan, Qarabağ, Zəngəzur torpaqlarında azərbaycanlıların ­soyqırımını həyata keçirdilər.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 31 mart Azərbaycanlıların soyqırımı günü “Soyqırım faciəsi: mərhələlər və ibrətlər” adlı elmi sessiya keçirildi. Muzeyin direktoru, akademik Rafael Hüseynov tədbiri “Soyqırımı faciəsinin unudulmamalı dərsləri” adlı məruzəsi ilə açaraq qeyd etdi ki, bu hadisələrin təşkilatçıları illərlə soyqırım aktının mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törətmiş, azərbaycanlıların mənfi obrazını yaradaraq özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər.


Muzeyin direktoru bildirdi ki, yaddaşlardan, sənədlərdən silinməyən bu qırğın aktı 1998-ci ildə ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla Azərbaycan xalqının matəm, hüzn günü kimi qeyd edilir. Xalqımızın başına zaman-zaman gətirililən müsibətlərə toxunan akademik vurğuladı ki, gərək hər birimiz baş verən faciələrdən ibrət götürək, qanlı hadisələri heç vaxt unutmayaq. Ona görə yox ki, biz də gedib gırğınlar törədək, qisas alaq. Ona görə ki, baş verən hadisələr bir daha təkrarlanmasın.
Rafael Hüseynov Avropa Şurasında ermənilərin xalqımızın başına gətirdikləri faciələrlə bağlı sənədin hazırlanmasına toxunaraq tezliklə soyqırımını törədənlərin, bu işə rəvac verənlərin, icraçılarının beynəlxalq məhkəmə qarşısına çıxarılmasının vacibliyini diqqətə çatdırdı. O, hələ AXC-nin ilk dövrlərindən 1918-ci il mart – aprel qırğınları zamanı baş verənlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyasının yaradılması, komissiyanın topladığı sənədlərin, 100-dən artıq şəklin də maddi sübut kimi saxlanıldığını bildirdi. 
Elmi sessiyada həmçinin, muzeyin elmi işlər üzrə direktor müavini, professor Xatirə Bəşirlinin “Soyqırımı tarixində Xocalı”, Xurşidbanu Natəvan adına Qarabağ filialının elmi işçisi Rəhman Baxşəliyevin “Azərbaycanlıların soyqırımı – tarixi həqiqətlər” və muzeyin “Beynəlxalq əlaqələr və komprativistika” şöbəsinin müdiri, professor Şəfəq Əlibəylinin “Soyqırımı və talelər” adlı məruzələri dinlənildi.

 

Qabil YUSİFOĞLU, 
“Xalq qəzeti” 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM-TƏHSİL
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə