Təqvim
“Yaşıl dəhliz” sistemindən istifadə ilə bağlı sahibkarlarla görüş keçirilib (+FOTOLAR)
07 mart 2019 - 23:18

Canveten.az xəbər verir ki, martın 7-də Dövlət Gömrük Komitəsində “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə etmək hüququ əldə edən və bu hüququn əldə olunması üçün müraciət edən sahibkarlarla görüş keçirilib.

Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Baş İdarə rəisləri, aidiyyəti qurumların rəhbərləri, Beynəlxalq Maliyyə Korporasiyası və Dünya Bankının nümayəndələri, sahibkarlar iştirak edib.

Komitə sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında 21 dekabr 2018-ci il tarixli fərmanı idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, şəffaflığın təmin olunması, münbit biznes mühitinin yaradılması, könüllü riayət prinsipinin formalaşdırılması, ölkəmizin ixrac potensialının artırılması istiqamətində həyata keçirilən ən mühüm addımlardan biridir.

İsmayıl Hüseynov vurğulayıb ki, görüşün məqsədidə Prezidentin fərmanına əsasən, bu il fevralın 1-dən tətbiq edilən “Yaşıl dəhliz” sistemi ilə bağlı bir daha sahibkarları məlumatlandırmaq, qanunvericilik və texniki yeniliklərə dair sualları cavablandırmaq, sistemin faydaları və tətbiqi ilə bağlı fikir mübadiləsi aparmaqdır.

Görüşdə o da qeyd edilib ki, “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi ilə bağlı 24 saat fəaliyyət göstərən işçi qrup yaradılıb və biznes subyektlərini maraqlandıran məsələlər dərhal araşdırılaraq  cavablandırılması təmin edilir. İsmayıl Hüseynovonu da bildirib ki, sistemdən istifadə hüququnun əldə edilməsi məqsədilə 500-dən artıq müraciət qəbul edilib və onlardan 200-dən çoxu müsbət cavablandırılıb.

DGK sədrinin birinci müavini “Yaşıl dəhliz” və gömrük sahəsində tətbiq edilən digər layihə və tətbiqlərin sahibkarlarla qarşılıqlı dialoq şəklində keçirilən görüşlərdə fikir mübadiləsi nəticəsində daha da təkmilləşəcəyini bildirib və bu görüşlərin mütəmadi şəkildə təşkil ediləcəyini diqqətə çatdırıb.

Görüşdə Komitənin mütəxəssisləri “Yaşıl dəhliz” sistemi, electron mühitdə bu sistemdən istifadə qaydaları və digər məsələlərlə bağlı təqdimatlarla çıxış edib.

Sonda yeni layihə ilə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib, sahibkarların sualları cavablandırılıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə