Təqvim
Əli bəy Hüseynzadə məhkəmədə - “Mən nə qədər riyakar olmalıyam ki...”
04 mart 2019 - 15:45

Əli bəy Hüseynzadə 1926-cı ildə Atatürkə sui-qəsddə günahlandırılanlar içində olub. Məhkəmə önünə çıxarılıb. İttihamlara cavab verib. Necə?

 

*** 

 

Bugün azərbaycanlı mütəfəkkir Əli bəy Hüseynzadənin doğum günüdür. O, 24 fevral 1864-cü ildə Salyan şəhərində doğulub.

 

Əli bəy Hüseynzadənin həyatındakı ən maraqlı məqamlardan biri Mustafa Kamal Atatürkə qarşı sui-qəsddə ittiham edilməsidir. 1926-cı ilin iyun ayında İzmirdə Atatürkə qarşı həyata keçiriləcək sui-qəsdin əsas təşkilatçılarından Qara Kamalla yaxın münasibəti onun da hakim qarşısına çıxarılmasına səbəb olub.

Şübhəsiz ki, Əli bəy Atatürkə qarşı olan bu planda iştirak edə bilməzdi. Bu planlar hazırlanarkən o, Bakıdan yeni qayıtmışdı.

Bu yaxınlarda Əli bəy Hüseynzadənin İstiqlal Məhkəməsində hakimlərə verdiyi cavabları oxudum. Ağır ittihamlara məruz qalan Əli bəy bütün suallara detallı cavab versə də, Qara Kamalla yaxın münasibəti onu istintaq boyu çətin vəziyyətə salıb. Hakimlərin verdiyi suallar daha çox sui-qəsdi təşkil edən Qara Kamal, onun əlaqələri və İttihad və Tərəqqi üzvləri barədə olduğu üçün həmin hissələri ixtisar edərək önəmli hesab etdiyimiz bölümləri təqdim edirik:

- Siz Türkiyəyə hansı tarixdə gəldiniz?
- İlk dəfə 1889-cu ildə gəldim.
- Nə məqsədlə gəldiniz?
- Məktəbi-Tibbiyyədə təhsil üçün gəldim.
- Diplom aldınızmı?
- Orada, Peterburqda, yəni Leninqradda diplom aldım, ondan sonra Tibbiyyəyə gəldim.
- Demək, Leninqradda diplom aldıqdan sonra Türkiyəyə gəldiniz. Sonra Türkiyədə təhsilinizi tamamladınız və çıxdınız?
- Bəli.
- Mülkimi, zabitmi?
- Zabit.
- Əsasən, haralısınız?
- Bəndəniz, əsasən, salyanlıyam, fəqət bir yaşında Tiflisə köçmüşəm. Tiflis liseyini bitirdim.
- İttihad və Tərəqqiyə nə zaman girdiniz?
- Tibbiyyəyə girdikdən sonra, tələbə ikən. O ərəfədə İttihad və Tərəqqi təşəkkül etdi, yəni bir-iki il sonra.
- Məşrutiyyətin elanından sonra İttihad və Tərəqqidə nə kimi vəzifələriniz oldu?
- Mən Qafqazdan ikinci dəfə qayıdışımdan sonra Darülfünunun Tibb fakultəsində müdərris müavini sifətiylə müəllim oldum... İttihad və Tərəqqi mərkəzi-ümumi və məclisi-ümumidən ibarətdi.
- Qara Kamalla nə zamandan bəri tanışsınız?
- Mərkəzi-Ümumiyyəyə üzv olduğumdan bəri.
- Bəs nə zamandan yaxın dost olmağa başladınız?
- Bəndəniz onunla yaxın olmayıb.
- Tamamilə yaxınsınız. Ən qafadarsınız.
- Ərz edim. Bəndəniz bu son illərdə Maltadan dostların qayıdışından sonra əgər Qara Kamalla təmas etmişəmsə, sırf ayrı bir məsələ üçün olub. Bəndəniz ilə Ağaoğlu Əhməd bəy Təlif və Tərcümədən bir kitab tərcüməsini həyata keçirdik. Bu kitabın tərcüməsi itməsin, iki nüsxə olsun deyə Qara Kamalın katibinə surətini çıxartdırdıq... Adam Smitin “Sərvət-i Milel” adlı kitabı idi.
- Şirkətlərdəki əlaqələrinizdən danışın.
- Milli İqtisad Bankında idarə heyətinin üzvü idim.
- Yəni Qara Kamalın bankında!
- Qara Kamalın bankı olduğunu bilmirəm.
- Bu bank hansı sərmayə ilə təşəkkül etdi. Bilmədiyin bir bankın məclis-i idarəsində necə olursan?
- Onun vaxtilə bir neçə qurucusu olub. Qara Kamal da onların içində olub. Fəqət bank tamamiylə bunların əlindən xilas olmağa çalışırdı.
- Kimlərin?
- Qara Kamal və dostlarının.
- Verdiyiniz cavablar çox mənfidir. Çox şey bilirsiniz, fəqət söyləmirsiniz.
- Bəndəniz Qazi Paşa həzrətlərinə (Atatürkə - D.Ə) hörmət və məhəbbəti olan bir adamam. Son dəfə Türkoloji Qurultaya getdim. Son dəfə də bir kitab nəşr etdim. Bu kitab Qazi Paşa həzrətlərinin vəsfindən ibarətdir. Bu surətlə öz vətəndaşlarıma və orada yetişdirdiyim gənclərə təlqin etmək üçün bu kitabı nəşr etdirdim. Bu kitab Qazi paşa həzrətlərinin yüksək simasının verdiyi ilhamdan doğan bir əsərdir. Bu kitabın bir nüsxəsini dostum Ağaoğlu Əhməd bəyə göstərdim. İllər öncə mərhum Ziya Gökalp “Çanaqqala” məcmuəsini dərc edirdi. O məcmuədə Qazi paşanın bir rəsmi vardı. Onun altında bəndəniz bir şeir yazıb. Şeiri rəsmin altına qoymuşdular. Şeirdə onun yüksək simasını təsvir etmişəm. Sui-qəsd hadisəsindən iki həftə əvvəl İstanbuldan Bursaya Milli İqtisad Bankı adına Həmdi bəylə birlikdə ərzi-təzimata getdim. Mən nə qədər riyakar olmalıyam ki, durub belə işlər görüm.
- Sui-qəsd hadisəsindən nə qədər əvvəl Qara Kamalın yanına getdiniz?
- Bəndəniz Bakıdan qayıdışımdan sonra yalnız iki dəfə getmişəm. Birincidə yazdığım əlyazmanı vermək üçün, daha sonra ikinci hissəni vermək üçün.
- Sui-qəsd hadisəsinə nisbətlə gün təyin edin.
- İki-üç həftə əvvəl.
- O yazının üzü harada çıxarılırdı?
- Kamal bəyin otağının yanında Saadəddinin otağı vardı.
- Saadəddinə hər getdiyin vaxt Kamalın da yanına gedirdinizmi?
- Bir dəfə rast gəldim. Görüşdüm. Bəndəniz Bakıda Kamal paşanın vəsfini nəşr edərkən, zehnim onunla məşğul ikən onlar burada sui-qəsdlə məşğul olurlar. Bu necə də təzad təşkil edir. Məni bu kimi məqsədlərindən xəbərdar etməzdilər....

Müəllif: Dilqəm Əhməd
teleqraf.com

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2026

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə